
Bu suala Quran, Fironun Musa peyğəmbər (ə.s) ilə mübarizəsini ibrətamiz şəkildə əks etdirən hekayəti vasitəsilə cavab verir.
Musa peyğəmbər (ə.s) eramızdan 1200 il əvvəl, yəni bundan öncə 3 min ildən artıq bir zəmanədə yaşamışdır.Onun heç bir xəbərdarlığı və heç bir möcüzəsi Firona təsir etməmişdi.Firon peyğəmbəri və onun ardıcıllarını qəddarcasına təqib edirdi.Musanın (ə.s) öz xalqını misirlilərin əsarətindən qurtarmaq istədiyi vaxtda Fironun qoşunu onlara Qırmızı dənizin sahilindəçatdı.Bu son anda Musaya (ə.s) Uca Allahdan vəhy gəldi ki, o öz əsasını dənizə vursun.Musa (ə.s) belə də etdi.Dəniz aralandı və hər iki tərəfində su dağları olan vadi əmələ gəldi.
Peyğəmbər öz xalqı ilə birlikdə bu vadidən dənizin o biri sahilinə keçdi, onları təqib edən Firon isə özünün bütün qoşunu ilə birlikdə suya qərq oldu.Ölümündən qabaq Firon Allahın təkliyinə şəhadət gətirdi, Uca Allah bu gecikmiş etirafı qəbul etmədi.Quran ayələrinin birində Allahın Firona müraciəti göstərilir: "Səndən sonrakılara ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq).Həqiqətən insanların çoxu ayələrimizdən xəbərsizdir" (Yunus surəsi, ayə 92).
Həqiqətən, diqqətsizdirlər, gözlər görür, amma ürəklər kordur.İnsanların çoxu Allahın nişanələrinə laqeyddirlər və öz yanlışlıqlarında inadlarlıq edirlər.Doqquz əsr əvvəl yaşamış alimlərdən biri əz-Zəməxşəri "Yunus" surəsinin 92-ci ayəsini belə təfsir etmişdir:
"Səni dənizin sahilində gizli bir yerə atacağıq.Sənin cəsədini çürüməkdən qoruyaraq tam salamat, lüt (paltarsız) halda, səndən neçə əsr sonra gələnlər üçün nümunə olsun deyə, saxlayacağıq" (Kəşşafın təfsiri, cild 2, səh 251-252).
Biz, Firondan "neçə əsr sonra yaşayanlar", onun tamamilə salamat cəsədini tapırıq, amma bunun Uca Allahın xəbərdarlığına bir "nümunə" olduğunu anlaya bilirikmi?






Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE
Xəbər GTA Vice City-Sanandres Kodlari
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Forumu gerçək həyatla qarışdıranlar