Niye zəhərlədin bir ömrü, niye?
Isti bir baxişa möhtackən özün
Bəs niye qıymadın onu özgəyə?
* * *
Yaddaşdan bir yolluq silinib itər
Hər ömrûn, hər günün min macərası
Güllə yarasına ne var? tez gedər,
Getməz söz yarası, eyham yarası.
* * *
Niye danişmadın, niye ürəklə?
Xoş sözə hamının ehtiyacı var.
Insan yaşamamış yalnız çörəklə,
Sınan ürəklərin öz əlacı var.
* * *
Gözümüz önünde arzular, kamlar
Narahat dünyada dinclik olarmı?
Ürək sındırmayın siz, ey adamlar,
Bülbül yuvasna daw atilarmi?
* * *
Sinan 1 könüle nece deyek:döz!
Yamasaq biliner sinigin izi.
Bəzən xoş 1 baxiş, xeyirxah 1 söz,
Günlərlə, aylarla yaşadir bizi.
* * *
Dağsansa, sən danma təpəni, düzü,
Bu darkönüllülük nə verər bizə?
Xoş 1 təbəssümü,gözəl 1 sözü
Bəzən biz qıymırıq bir- birimizə.
* * *
Mən səndən intiqam, sən məndən qisas?
Alır verdiyini onsuzda zaman.
Insanlaər, Insanlar düşünsək biraz,
hamiya yer çatar genişdir cahan.
* * *
Əcəl başımıza kölgə salmamiş,
Sizdən ''can''eşidim,sizə can deyim.
Insanlar,insanlar yalnız xoş baxış
Bir də təbəssümdür sizdən istəyim






Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE
Xəbər GTA Vice City-Sanandres Kodlari
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Forumu gerçək həyatla qarışdıranlar