Son günlər yayılan məlumatlara görə, maşınlara plyonka və pərdələrin vurulması ilə bağlı mövcud qadağa qismən aradan qaldırılıb. Avtomobil sürücülərin sevincinə səbəb olan xəbərlə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsi İctimai qurumlarla əlaqələr Bölməsinin rəisi Cəmşid Hənifəyevə müraciət etmək qərarına gəldik.
Söhbətimiz əsnasında maraqlı nüanslar ortaya çıxdı. Məlum oldu ki, sürücülər vaxtından əvvəl sevinirlərmiş. Belə ki, C.Hənifəyev mətbuatda yer alan məlumatların həqiqətə uyğun olmadığını bildirib. “Mən bilmirəm niyə mətbuatda ağızlarına gələni yazırlar. Heç kəs plyonka və pərdələrin vurulmasına icazə verməyib”, - deyə o vurğulayıb.
Fikirlərinə davam edən C.Hənifəyev istisna kimi “Cip”lərin arxa şüşələrinə plyonkalar vurulmasını göstərib. Onun sözlərinə görə, bu da həmin növ maşınların arxa hissəsinə aiddir: “Başqa hallarda plyonka və pərdələrin istifadəsindən söhbət belə gedə bilməz”.
Maraqlıdır ki, Azərbaycanda belə bir qadağanın mövcud olduğu halda, qonşu ölkələrdə, məsələn Gürcüstan və Rusiyada görünüşü tam məhdudlaşdıran tünd qara plyonkalara icazə verilir. Bununla bağlı sualımıza C.Hənifəyev özünəməsxus izahat verib. Azərbaycanda bu məsələnin qanunla tənzimləndiyini bildirən BŞDYPİ-nin nümayəndəsi “Ola bilər ki, Rusiya qanunu buna icazə verir, amma bizdə buna icazə yoxdur” deyə sualımızı cavablandırıb.
C.Hənifəyev həmçinin qeyd edib ki, müvafiq qadağa qətiyyən sürücülərin hüquqlarının pozulması kimi qələmə verilməməlidir. Onun fikrincə, plyonka maşınlarda əlavə avadanlıq sayıldığı üçün, bu qanun sürücülərin hüquqlarını pozmur: “Plyonka və pərdələr istehsalçı tərəfindən istehsal olunmadığı, standartlara cavab vermədiyi üçün, pərdə və plyonkalar qadağandır. Bununla əlaqədar heç bir qanun dəyişikliyi yoxdur və yaxın zamanlarda da gözlənilmir”.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE