Onyx Concept tüninq atelyesi, Range Rover avtomobillərini tüninq edərək nüfüz qazanıb, amma, bu yaxınlarda tünerlər Porsche və Bentley avtomobillərini də tüninq edərək öz tüninq variantlarının toplusunu genişləndiriblər. İndi isə o siyahıya, E92 banında kupe BMW M3 də əlavə olundu. Onyx Concept atelyesinin tüninq etdiyi M3, dəyişilmiş ön və arxa bamperləri, aqressiv yan ətəkləri, karbondan olan ön spoileri və arxa diffuzoru, həmçinin kapotda ventilyasiya üçün olan əlavə yarıqlar və mərkəzdə qoyulmuş karbon görüntü ilə seçilir. Salonda, müştərilər dəri üzlük və karbon görüntülər sifariş edə bilərlər.Onyx mühəndisləri, M3 E92-nin mühərrik bölməsində yerləşən 4.0 litr həcmli V8 mühərrikinin üzərində işləyərək, nəticədə, standart 420 a.g.-nün əvəzinə 630 a.g. əldə ediblər. Tünerlər, mətbuata bu cürə fenomenal nəticəni necə əldə etdiklərini açıqlamırlar, amma, təxmin etmək olar ki, ECU yenidən proqramlaşdırılıb, idman çıxış sistemi, hava filtri qoyulub və başqa hiylələrdən istifadə edilib.İşlərin qiyməti bildirilmir, amma, dəsti, bu ilin oktyabr ayının 31-dən etibarən sifariş vermək mümkün olacaq.
|
| Mesaj Yaz |

Onyx Concept atelyesindən tüninq olunmuş BMW M3 E92
- 7-09-2010, 05:59
- |
- Müəllif:Peqasus777
- |
- Baxılıb:303
2Şərhlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!


Xəbər Fen dersindeki skelet gerçek çıxtı
Xəbər Sevgi
Xəbər Qarabağ
Xəbər Fen dersindeki skelet gerçek çıxtı
Xəbər LovE
Xəbər Mübariz İbrahimovun
Xəbər Sevgi
Xəbər Mübariz İbrahimovun
Xəbər Mobil Milyonçu (Azəri version)
Xəbər Aslı Güngör - Soylenmemis Sozler 2012