İnanmaq çətindir hətta düşünülməsi belə qorxunc olan bir hadisə.Bir gənc şənbə gününün gecəsi bir əyləncə mərkəzinə gedir... O çox əylənir ,spirtli içki içir və orada bir qızın guya bu oğlandan xoşu gəlir qiz bir az bu oğlanla söhbət etdikdən sonra onu başqa bir əyləncə mərkəzinə dəvət edir.Genc oğlan razilaşır və onlar o əyləncə mərkəzinə gedirlər.Oğlan orada da bir neçə dəfə içki içir və oğlanın içkisinə narkotik qatırlar.Beləliklə oğlan huşunu itirir.Daha sonra bu gənc oyandığında içi buzla doldurulmuş vannada çılpaq olduğunu başa düşür.Hələ də içkinin təsiri altında olduğunu hiss edir və ətrafına baxdığında tək olduğunu görür.Sinəsinə baxdığında dodaq boyası ilə yazılmış bir kağız görür.Kağızda yazılır: 103-ə zəng et yoxsa öləcəksən!Oğlan vannanın yanında bir telefon olduğunu görür və tez əlini uzadıb 103-ə zəng edir harda olduğunu,nə içdiyini,kimlərlə olduğunu bilmədiyini söyləyir.Operator ona tez vannadan çıxıb bir güzgünün qarşısına keçməsini söyləyir.Gənc oğlan güzgü qarşısına keçib sinəsində heç bir anormallıq görmür amma operator arxasına baxmağı söyləyəndə oğlan əlləri ilə arxasında 2 böyük yarıq olduğunu hiss edir.Operator ona dərhal həmin vannaya girib təcili yardımı gözləməsini söyləyir.Daha sonra xəstəxanada edilən yoxlama oğlanın 2 böyrəyinin olmadığını təsdiq edir.
Hər böyrək satışda 10.000 dollar edir(Təbii ki gəncin bundan xəbəri yox idi).Daha sonra məlum olur ki bu iki əyləncə mərkəzinə dəvət saxta təmamən qurulmuş bir hiylə imiş.Bu işə qarışan adamların çox yaxşı tibbi məlumatları var ve bu gəncə verilən narkotik əyləncə üçün deyildir.İndi bu gənc xəstəxanada onu həyatda saxlayan bir alətə bağlanmış vəziyyətdədir və hələ də orqanizminə uyğun bir böyrək gözləyir.Böyrək mafiası çox yaxşı təşkil olunmuş professionallarla işləməkdədir.Əvvəllər böyük şəhərlərdə indi artıq hər yerdə hətta Bakıda da aktiv fəaliyyət göstərirlər.
P.S: Sonda sizdən xahiş edirəm hər yerdə və hər kəslə diqqətli olun.Bu cür mafialara işləyən insanlar öncə dost olur sonra öz çirkin əməlini həyata keçirirlər.Allah hamımızı belə şeytan qəlbli insanlardan qorusun!!!Amin



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE