F10 banında olan yeni BMW 5-ci seriya-nın sahibləri, yeni avtomobil üçün əlavələr dəsti hazırlayan məşhur avto-tüninq atelyesi AC Schnitzer mütəxəssisləri ilə görüş üçün adlarını yazdırmağa başlaya bilərlər.Tünerlər 5-ci seriyanın xarici görünüşünü çox da ciddi dəyişmədilər. Sadəcə bir az kosmetik dəyişilmiş bodi-kit təklif etdilər. Bodi-kitə, ortada hava tənzimləyicisi olan və yanlarda dumanaqarşı işıqlar üçün yer kəsilmiş ön bamper qapağı, diffuzor görüntüsü verən arxa bamper qapağı, yan ətəklərə, xrom görüntüsü olan balaca qapaq, həmçinin iki balaca spoiler daxildir – biri baqaj qapağının üstündə, o biri isə damda.BMW 5-series F10 üçün atelyedə, 19 və 20 düyümlük geniş çarx diski dəstləri və bir neçə müxtälif rənglər təklif edirlər. Bundan başqa, sedanın asması 35 mm aşağı endirilmiş, əyləcləri isə 8 pistonlu supportlarla gücləndirilmişdir.Avtomobil, arxa görünüşündə, çıxış sisteminin xrom ağızlıqları ilə lovğalana bilər.Güc vahidinin tənzimləmələrinə gəldikdə isə hələlik, sadəcə 530d versiyasının mühərrikinin gücünün 245 a.g.-dən 286 a.g.-ə qədər artırıla bilməsi mümkündür.Başqa mühərriklə olan 5-ci seriya sahibləri üçün mühərrikin gücünün artırılması dəsti bir müddətdən sonra mövcud olacaq. Bugünkü gündə AC Schnitzer mühəndisləri onun üzərində işləyirlər.
|
| Mesaj Yaz |

BMW 5-series F-10 üçün AC Schnitzer atelyesindən bodi-kit
- 14-09-2010, 02:25
- |
- Müəllif:Peqasus777
- |
- Baxılıb:443
1Şərhlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!


Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE