Yeni nəsil BMW 3-cü seriya öz sinifində ən yüksək texnologiyalı avtomobil olacağına söz verir. Yeni avtomobil ən müasir, o cümlədən heç vaxt avtomobil sənayesində istifadə olunmayan yeniliklər əldə edəcək.
Bavariya konserni üçün üçüncü seriyanın ən vacib model olduğu sirr deyil. BMW-ə yüksək gəliri və idman üslublu kupe və roadster kimi imicli modellərin hazırlanması imkanını məhz üçüncü seriya verir. Ona görə də BMW-nin 3-cü seriyanın hazırlanmasına bu qədər diqqət ayırmasında təəccübləndirici heç nə yoxdur.
Autocar nəşriyyatının verdiyi məlumata əsasən yeni nəsil 3-cü seriya tamamilə aqressiv görünüş əldə edəcək Avtomobilin təchizatlarına gəldikdə isə oraya avtomobili özü park edən elektron parketmə, gecə görmə sistemi, kruiz-kontrol (o özü öndə gedən avtomobilə qədər olan məsafəyə nəzarət edəcək) kimi şeylər daxildir. Ümumilikdə bütün bunlara biz əvvəllər də rast gəlmişdik, amma, daha yüksək sinif avtomobillərində.
Yeni nəsil 3-cü seriya BMW-nin mühərrik bölməsində hansı mühərriklərin yer alacağı hələ ki, məlum deyil, amma, onların əvvəlki nəsildə olduğundan 15 % daha qənaətcil olacağı məlumdur. Özü də mühərriklərin gücü artacaq!



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE