Gələn ildən Rusiya bazarına avtomat sürət qutusu ilə təchiz olunmuş Lada “Kalina” və “Priora” modelləri çıxarılacaq.
Lent.az-ın xəbərinə görə, dünənki mətbuat konfransında “AvtoVaz”ın prezidenti İqor Komarov layihə haqda jurnalistləri məlumatlandırıb.
Şirkət hazırda iki istiqamətdə çalışır – öz modellərini “Nissan”ın avtomat sürət qutusu ilə təchiz etmək və yeni sürət qutusu hazırlamaq.
2012-ci ilədək bütün avtomobillər “Nissan”a aid avtomat sürət qutusu ilə təchiz olunacaq. Bu tarixdən etibarən isə, Kalininqradda “Kate” şirkətinin istehsal etdiyi avtomat sürət qutuları tətbiq ediləcək.
“Kate”nin yeddi pilləli avtomat sürət qutusu 2005-ci ildə sərgidə nümayiş etdirilib. Hidrotransformatorsuz bu sürət qutusu xüsusi kinematik sxem əsasında işləyir.
Böhran məngənəsində boğulan zavodun bu layihəni vaxtında həyata keçirə bilməsinə isə ekspertlər şübhə ilə yanaşırlar.
Xatırladaq ki, Rusiyanın bəzi tüninq şirkətləri Lada 110 modellərinə “Daewoo Matiz”in avtomat ötürücüsünü quraşdırırdı. Lakin avtomobilin kütləsi böyük olduğu üçün bu yeniliyin resursu 50 000 kilometri keçmirdi.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE