Dünən Avro-2012-nin seçmə mərhələsində yığmamız Avstriyanın qonağı oldu. Oyunun 3cü dəqiqəsində yığmamız Prödlün qoluyla Avstriya irəli çıxıb. Qoldan sonra özünü itirməyən yığmamız hücumlara başlayıb. Bir neçə qol epizodunu boşa verib. İlk hissə demək olarki yığmamızın üstünlüyü ilə bitib. Ancaq ikinci hissəyə yaxşı başlayan Avstriya 53cü dəqiqədə ikinci qolu vurub.Bundan sonra yığmamız daha çox qol yeməmək üçün oynamağa başlayıb. 71ci dəqiqədə isə Rauf Əliyevə cərimə meydanında açıq şəkildə sərt hərəkət edilsə də hakim penalti zərbəsi təyin etməyib, əksinə Raufa sarı kart göstərib.Oyunun sonlarında isə Avstriya 1 qol daha vuraraq qələbə qazanıb.
Qrupumuzdakı digər oyunlardasa Qazaxıstan öz meydanında Belçikaya 2-0 məğlub olub.Almaniya isə öz meydanında Türkiyəni 3-0 məğlub edib. Almaniyanın qollarından birini türk əsilli Məsut Özil vurub.
Yığmamız növbəti oyununu 12 oktyabrda Bakıda Türkiyə yığmasına qarşı keçirəcək



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE