
1/4 final mərhələsinin aprelin 6-da baş tutan cavab görüşlərindən sonra "İnter" və "Barselona" növbəti mərhələyə yüksəlib.
İtaliya və İspaniya çempionları müvafiq olaraq, MOİK və "Arsenal"ı üstələməkdə o qədər də çətinlik çəkməyiblər. Xüsusən, "Barsa"nın vurduğu 4 qolun hamısına Lionel Messinin imza atması bir aktyorun tamaşasını xatırladıb. İlk yarımfinalda "İnter"lə "Barselona" üz-üzə gələcək.
MOİK (Rusiya) - "İnter" (İtaliya) - 0:1
Uesli Sneyder, 6
Qırmızı vərəqə: Çidi Odia, 49 (MOİK)
İlk oyun - 0:1
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 4:1
Lionel Messi, 21; 37; 42; 88 - Niklas Bendtner, 18
İlk oyun - 2:2
Digər yarımfinal cütünün tərkibi bu gün "Bordo" (Fransa) - "Lion" (Fransa) və "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) qarşılaşmalarından sonra müəyyənləşəcək.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE