"Google" korporasiyası ilin əvvəlində ilk kommersiya telefon aparatını ictimaiyyətə nümayiş etdirib. Tayvanın "HTC" şirkəti ilə işlənib hazırlanmış "Nexus One" çox güman ki, hazırda bu sahənin liderlərindən olan "iPhone"la rəqabət aparacaq.
Yeni telefonun ABŞ-da qiyməti mobil rabitə operatorunun xidmətlərindən asılı olmayaraq 529 dollar olacaq. Bundan əlavə, satışa həmçinin smartfonun "T-Mobile" operatorunun sim-kartı ilə təchiz edilmiş 179 dollar qiymətli versiyası da çıxarılacaq.
Nazik korpusda hazırlanmış və virtual klaviaturalı sensor ekranla təchiz edilmiş "Nexus One"ın texniki xarakteristikası bazarda təqdim olunmuş analoji aparatların xüsusiyyətləri ilə demək olar ki, eynidir.
"iPhone" smartfonu ilə müqayisədə "Nexus One" daha iri və genişdir. Lakin yeni telefon "Apple" şirkətinin məhsulundan nəzərəçarpacaq qədər nazikdir.
3,7 düymlü AMOLED-displey və bir qiqahers tezlikli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz olunmuş "Nexus One" "Google Android" əməliyyat sistemi ilə idarə olunur. Burada 3D-qrafikasının təkmilləşdirilməsini təmin edən bir sıra yeni işləmələr də əlavə olunub.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE