Dodaq dəyməyən qabda su
Şəhərdə oxuyan bir nəfər anasından dodaq dəyməyən qabda su gətirməsini xahiş edir.
Ana təzə stəkanda, kasada və başqa qablarda su gətirir, ancaq oğlunu razı sala bilmir. Axırda hövsələdən çıxıb çağasının «qarşoğuna»ə su töküb aparır və deyir:
-Evdə bunnan başqa dodaq dəyməyən qab yoxdur.
Sənin eşşəyoo qohumu çoxdu
Şəkinin qışlaq hissəsində yaşayan dəllək Aba kişi Cəfərabad kəndinə - həftəbazarına gedir. Bazardan eşşək alıb gətirir evinə.
Bir neçə gündən sonra qapı döyülür. Aba kişi qapıya çıxır. İki nəfər dəhnəli ev sahibiylə salamlaşıb özlərini təqdim edirlər:
-Biz saa eşşək satanın qohumuyuq.
Aba kişi:
-Çox gözəl, – deyib bunları evə dəvət edir. Qonaqlar 2-3 gün qalıb gedirlər. Beləcə hər həftə Dəhnədən Aba kişigilə qonaq gəlir.
Bir gün Aba kişi eşşəyi qabağına qatıb aparır Dəhnə kəndinə. Soraşıq eləyif eşşək satanın evini tapır.
Eşşək satan elə bilir ki, Aba kişi qonaq gəlib, onu içəri çağırır. Aba kişi deyir:
-Mən qonaq-zad gəlməmişəm. Sənin eşşəyoo qaytarmağa gəlmişəm. Eşşəyoo qohumu çoxdu. Maa qohumu çox olan eşşək lazım dölü.
Raması bir az əyilib
Bir gün şəkili uşağıyla maşında gedirmiş. Uşaq beli əyilmiş bir arvad görüb atasından soruşur:
-Ata, o arvada nolub? Niyə əyri gəzir?
Atası gülərək cavab verir:
-Ə, raması bir az əyilib.
Muşduluğu qaytar
Bir gün oğul anasına deyir:
-Ana, pulum yoxdu. Sən maa borclusan. Borcoo qaytar.
Ana soruşur:
-Mən saa hardan borcluyam? Sən havaxt maa pul vermisən?
Oğul bildirir:
-Mən anadan olanda dədəm saa 25 manat muştulux veritdi. Mən olmasaydım, saa kim pul verərdi? O pulu qaytar, vəssalam.
Ölməsə savabı çox olardı
Kəndli deyir:
-Molla əmi, uşaq neçə gündür xəstələnib, qızdırması çox olur, gözünü açıb dünyaya baxmır.
Molla bir dua yazıb uşağın atasına verir.
Bir neçə gün sonra yolda xəstə uşağın atasıyla molla görüşyr. Molla əxəbər alır:
-Uşaq necədir?
Ata deyir:
-Molla əmi, uşaq öldü.
Molla cavab verir:
-Ölməsəydi, duanın savabı çox olardı
Səndən karvan vuran olmaz
Oğul anasını yuxudan oyadır:
-Dur, məni çölə apar.
Oğlan görür ki, gözəl aylı gecədir. Anasına deyir:
-Ay ana, nə karvan soyası, nə sarvan vurası gecədi.
Anası belə cavab verir:
-Ə, rahatlanmağa da ananın tumanından yapışıf gedirsən. Səndən karvan-zad soyan olmaz… Tez işini gör, yuxum gözümdən tökülür.
Qız özü heylə gəlif
Çimərliyə birinci dəfə gedən iki şəkili təəccüblərini saylaya bilmirlər. Biri deyir:
-Ə… ona bax ey… qızı soyunduruf yanına qoyuf.
O biri onun səşvini belə düzəldir:
-Ə… o soyundurmuyuf ki, qız özü heylə gəlif.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE