Milli Qəhrəman Mübariz İbrahimovun anasına “Mehriban Ana” ordeni təqdim olundu
Azərbaycanın Milli Qəhrəmanının layiq görüldüyü “Vətən övladı” ordenini isə şəhidin atası alıb
“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” Beynəlxalq jurnalı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanıma Fondun “Mehriban Ana” ordeni təqdim olunub. Orden ilk dəfədir ki, təqdim edilir. “Dədə Qorqud” Milli Fondunun Prezidenti Eldar İsmayılov Biləsuvar rayonunun Əliabad kəndində ordeni Şamama İbrahimovaya təqdim edərək, Mübariz kimi oğul tərbiyə etdiyinə görə ona minnətdarlıqlarını bildirib. Eldar İsmayılov Milli Qəhrəmanın layiq görüldüyü “Vətən övladı” ordenini isə Mübarizin atası Ağakərim kişiyə təqdim edib.
Təqdimat mərasimində Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, Milli Qəhrəmanın hünər yolundan söhbət açıb, təltiflərə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Mərasim iştirakçıları Milli Qəhrəmanın təhsil aldığı kənd məktəbində də olublar.
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE