


Avtomobilin hərəkət etməsi üçün sıxılmış havadan istifadə edilməsi ideyası uzun illər ixtiraçıları özünə cəlb edib. İndi isə bu ideya reallığa çevrilib. Fransanın “MİD” şirkəti mühərriki sıxılmış hava hesabına işləyən “AirPod” adlı avtomobil icad edib.
Hava elektrik vasitəsilə xüsusi qabda qızdırılır və oradan çıxandan sonra təzyiq vasitəsilə mühərriki işə salır. Avtomobili 1,5 dəqiqə ərzində “yanacaqla” doldurmaq olar. Xüsusi kompressor vasitəsilə hava vurulması cəmi 1 avroya başa gəlir. Avtomobil isə bu hava ilə 200 kilometr gedə bilər. Xarici görünüşünə görə, “AirPod” plastmas korpusu olan 4 təkərli avtomobildir.
Bu avtomobili ixtiraçı Qay Neqre hazırlayıb. Vaxtilə “Formula 1”in mühəndisi olan Neqre təxminən 20 il ərzində sıxılmış qazla minik avtomobili üzərində eksperiment aparıb.
Avtomobillərin kütləvi buraxılışına bu il başlanıla bilər. İlkin plana görə, şirkət 2 cür avtomobil buraxacaq: sürücü və 2 sərnişin üçün nəzərdə tutulan minik, eləcə də sürücü və yük üçün nəzərdə tutulan yük avtomobili. “AirPod”un sürəti 70 kilometri keçməyəcək. Fransa sakinlərinə isə ümumiyyətlə sürəti 45 kilometr olan avtomobil təklif ediləcək. Aşağı sürətli belə maşınlar üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.
İlkin məlumatlara görə, “AirPod”un qiyməti 18-20 min dollar təşkil edəcək.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE