"Azərtikintibərpa" şirkəti Bakıda "28 May" metro stansiyasının qarşısındakı yeraltı keçidin yenidən qurulmasını başa çatdırıb. Keçid birbaşa təyinatından başqa, ticarət obyekti kimi də fəaliyyət göstərəcək.
Doqquz giriş-çıxışı olan yeraltı keçidin "Cəfər Cabbarlı"də metro stansiyasına çıxışı bərpa edilib. Burada müasir işiqlandırma sistemi, 8 havalandırma və 3 isitmə-soyutma qurğusu qurulub. Buraya 9000 kvadrat metrədək mərmər döşənib. Keçiddə 77 ticarət obyekti və 1 kafe fəaliyyət göstərəcək.
Xatırladaq ki, bu yeraltı keçid 2000-ci illərin avvəllərində bağlanmışdı. O zaman keçidin bağlanması ticarətin mövcudluğu səbəbindən gediş-gəlişin çətinləşməsi ilə izah olunmuşdu. Hazırda isə bu ərazidə, Mərkəzi Bankın arxasında daha dir iri ticarət mərkəzi inşa olunur.
"28 May" meydanındakı keçid Azərbaycanda ən iri piyada keçididir. Onun ümumi sahəsi 11 000 kv. m-dir. Keçidin yaxın günlərdə açılacağı nəzərdə tutulur.Hazırda meydan ərazisində yerləşən "Vağzal" mehmanxanası da əsaslı təmir olunmaqdadır.
Bu yeraltı keçid Nəqliyyat Nazirliyinin "Azəryolservis"ı səhmdar cəmiyyətinin balansındadır. Səhmdar cəmiyyət artıq keçiddəki bütün obyektləri icarəyə verib. İcarədarların seçilməsi qeyri-şəffaf aparılıb. Keçidin bərpasının neçəyə başa gəlməsi barədə məlumat verilmir.
"Aəzrtikintibərpa" şirkəti yerli "Sanur Holding"ə daxildir. Bu şirkət əsasən "Azəryolservis" ASC-nin yiyada keçidlərinin bərpası ilə bağlı sifarişlərini yerinə yetirir. Hazırda şirkət Füzuli meydanındakı, "Olimp" mağazasının qarşısındakı və Bülbül prospektindəki yeraltı keçidləri bərpa edir

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE