Naxçıvan Muxtar Respublikasının xüsusi xidmətləri “HOST ALLİANCE” rep-qrupunun pərəstişkarlarını ovlamağa başlayıb. Belə ki, bazar ertəsi axşam qrup pərəstişkarlarının toplaşdığı yerə iki nəfər yaxınlaşaraq, özlərini MTN-in əməkdaşları kimi təqdim ediblər. Həmin vaxt artıq toplaşmış 15 gəncin hamısını MTN-ə aparıblar və 8 saata yaxın orada saxlayıblar.
Gənclərdən bu qrupun mahnılarını dinləməməyi və üzərində onların simvolu olan köynək geyinməməyi tələb ediblər. Xüsusi xidmətlər bunu rep-qrupun musiqisinin “qızışdırıcı xarakterli” olması, simvollarının aydın olmaması və mahnılarının nəyə və kimə xidmət etdiyinin aydın olmaması ilə əsaslandırıblar.
Eyni zamanda Naxçıvanda telefonlarında bu qrupun mahnıları yazılmış gənclərin ovu başlayıb. Onları saxlayaraq, mahnıları pozmağa məcbur edirlər.
Turanın müxbirinin Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb, belə ki, zənglərə cavab verən olmayıb.
Məşhur “HOST ALLİANCE” rep-qrupu ilk diskini 2007-ci ildə buraxıb, lakin disk rəsmi satışa buraxılmayıb. Bu səbəbdən disklər pulsuz yayılıb və gənclər arasında məşhurluq qazanıb. HOST - abbreviaturadır, açıqlaması isə hava, od, su, torpaq deməkdir.
Qrupun mahnıları vətəndaş mövqeyi və cəmiyyətdə neqativ halların tənqidi ilə fərqlənir. Bir neçə ay əvvəl Bakıda qrup üzvlərini saxta ittihamla saxlayıblar və “dövlət əleyhinə mahnılar” yazmağa və ifa etməyə son qoymağı tələb ediblər

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE