Bu günü ömrünün ən xoş anlarını Qubadlıda keçirən insanlar böyük ağrı hissi ilə xatırlayırlar. 1993-cü il avqustun 31-də Azərbaycan tarixində faciəli bir hadisə baş verdi və Qubadlının işğalından artıq 14 il ötür.
Qubadlının işğalı Dağlıq Qarabağın ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 31 364 nəfər öz yurd yuvasını tərk etməyə məcbur qaldılar. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid oldu. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və üç 4-cü və 5-ci əsrə aid qalanın taleyi bu günə qədər məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxananı ermənilər dağıdıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Yerevan indiyədək buna məhəl qoymur.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE