
Son zamanlar baş verən təyyarə qəzalarından sonra qara qutuların tapılmaması Avropada yeni elmi axtarışlara səbəb olub. Lent.az-ın verdiyi məlumata görə, “Airbus” Avropa Kosmik Konsorsiumunun baş direktoru Tomas Enders Fransanın “Le Parisien” qəzetinə açıqlamasında uçuş təhlükəsizliyinin artırılması üçün peyklər vasitəsilə uçuşun izlənilməsi ilə bağlı yeni bir metod üzərində işlədiklərini açıqlayıb.
O, qara qutunun artıq missiyasını tamamladığı qənaətindədir.
Qeyd edək ki, qara qutunun missiyasının başa çatdığını ilk dəfə bu qutunu hazırlayan alimlər qrupunda olan Pierre Jeanniot dilə gətirib. O deyib ki, tək pilot kabinəsindəki səsləri yox, görüntünü də qeyd edərək göndərə bilən yeni texnologiyalar mövcuddur, sadəcə, onların üzərində işləmək və təkmilləşdirmək lazımdır.
Alimlər yeni texnologiyanın tətbiqi zamanı hər bir təyyarə üçün 50 min dollar xərc çəkiləcəyini proqnozlaşdırırlar.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE