Azərbaycanın qadın güləşi üzrə milli komandası Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Lent.az-ın məlumatına görə, yarışda 7 mümkün çəki dərəcəsindən 6-da təmsil olunan ölkəmiz ümumilikdə 42 xal qazanıb.
Yığmamız Yaponiya, Kanada, Ukrayna, Rusiya, ABŞ kimi ölkələri geridə qoymağı bacarıb. Komandamızın üzvlərindən Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (59 kq) qızıl medala sahib olub. Sona Əhmədli (55 kq) isə yalnız finalda uduzaraq, gümüş medal əldə edib.
Digər pəhləvanlarımızdan Olesya Zamula (63 kq) 5-ci, Dina İvanova (72 kq) 7-ci, Zümrüd Qurbanhacıyeva (67 kq) isə 8-ci olub.
Ümumilikdə, qadın güləşçilərin yarışında 52 ölkə təmsil olunub. 2-3-cü yerləri Yaponiya ilə Kanada bölüşdürüb.

“Unibank” Kommersiya Bankı ilə Peşəkar Futbol Liqası (PFL) arasında sponsorluq müqaviləsi imzalanıb. İmzalanma mərasimində “Unibank” Kommersiya Bankının İdarə Heyətinin sədri Faiq Hüseynov, PFL-in prezidenti Ramin Musayev, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak ediblər.
Lent.az-ın məlumatına görə, mərasimində “Unibank” Kommersiya Bankının İdarə Heyətinin sədri Faiq Hüseynov ötən illərdə idman sahəsinə müəyyən maliyyə təstəyi göstərdiklərini bildirib. Belə ki, bank 2008-ci ildə Yay Olimpiya Oyunlarında fərqlənən idmançılarımıza 100 min manat mükafat verib. Bundan başqa, bank Azərbaycan Gimnastika və Azərbaycan Şahmat federasiyalarına da sponsorluq edib. Onun sözlərinə görə, yeni müqavilə ölkədə futbolun inkişafına böyük töhfə verəcək.
“Biz neçə ildir idman sahəsində əməkdaşlıq nəticəsində müəyyən təcrübə qazanmışıq. Bu əməkdaşlıqdan da məmnunuq” –deyə, Faiq Hüseynov bildirib.
PFL-nın prezidenti Ramin Musayev isə bu qurumun 2 illik fəaliyyətindən danışıb. O qeyd edib ki, digər təşkilatlar da onlarla əməkdaşlıq etmək niyyətində olub. Ancaq Liqa “Unibank” Kommersiya Bankının futbolla bağlı layihələrini müsbət dəyərləndirərək onların təkliflərini qəbul edib.
Gənclər və idman naziri Azad Rəhimov isə idmana göstərdiyi dəstəyə görə “Unibank” Kommersiya Bankının rəhbərliyinə təşəkkür edib. O, gələcək fəaliyyətində bu quruma uğurlar arzulayıb.
Sonda tərəflər arasında müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləyə “Unibank” tərəfdən Faiq Hüseynov, PFL tərəfdən isə Ramin Musayev imza atıb. Üç illik müqaviləyə əsasən, mətbuat orqanları çempionatı “Unibank” Premyer Liqası kimi təqdim edəcək.
İmzalanma mərasimində o da bildirilib ki, “Unibank” gələn aydan aktiv reklam kampaniyasına başlayacaq. Bu zaman təkcə çempionat yox, həm də ayrı-ayrı futbolçular da reklam olunacaq. Müqaviləyə əsasən, “Unibank”ın köçürəcəyi vəsait stadion tikintisi üçün toplanacaq. Həmin stadion isə işğal olunmuş rayonlardan birini təmsil edən komandaya veriləcək.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE