Türkiyə prezidenti Abdulla Gül Türkiyənin Təl-Əvivdəki səfiri Əhməd Oğuz Çelikkola göstərilən nəzakətsizliyə münasibət bildirib. A. Gül deyib ki, İsrailə bu axşama qədər vaxt verilib.
"Ya problemi düzəldərlər, ya da səfir sabah ilk təyyarə ilə Türkiyəyə geri dönər", deyə Türkiyə dövlət başçısı bəyan edib.
Qeyd edək ki, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon Türkiyə səfir Oğuz Çelikkola qarşı etdiyi diplomatik nəzakətsizliyə görə Türkiyədən rəsmi olaraq üzr istəyib. Türkiyə mətbuatının məlumatına görə, İsrail Türkiyəyə rəsmi olaraq üzr məktubu göndərib. Hazırda məktubun mətni dəyərləndirilir.
Xatırladaq ki, İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bu gecə bəyanat yayaraq yanvarın 11-də baş verən insidentə görə Türkiyənin bu ölkədəki səfiri Əhməd Oğuz Çelikkoldan üzr istəyib. Bəyanatda Ayalon, problemin diplomatik yollarla həll edilməsinin lazım olduğunu qeyd edib.
Nazir müavininin bəyanatında bildirilir: "Səfirə hörmətsizlik etmək istəmirdim. Gələcəkdə daha diqqətli olacam. Məqsədim elçilərin qürurlarıyla oynamaq deyil".
D. Ayalon bundan sonra xarici diplomatlara etirazlarını daha diplomatik yollarla ifadə edəcəyini də qeyd edib.
Xatırladaq ki, ötən axşam Türkiyə İsraildəki səfirini geri çağırıb. “The Jerusalem Post” qəzetinin məlumatına görə, rəsmi Ankaranın bu addımı atmasına İsrail xarici işlər nazirinin müavininin türkiyəli diplomatla təhqiramiz davranışı səbəb olub. Türkiyə səfiri Oğuz Çelikkol qəzetə bildirib ki, Ankaraya qayıdır və İsrailə gəlib-gəlməyəcəyini dəqiq bilmir.
Rəsmi Ankaranın demarşından əvvəl Türkiyənin İsraildəki səfirliyi bəyanat verərək, İsrail XİN-dən üzr istəməsini tələb edib. Səfirlik bəyan edib ki, əks təqdirdə Türkiyə tərəfinin cavabı sərt olacaq.
Diplomatik qalmaqal İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırması ilə başlayıb. Bəzi məlumatlara görə, görüş çərşənbə axşamı baş tutmalı olsa da, səfirə bir gün əvvəl xəbərdarlıq ediblər ki, görüş televiziyaların kameraları qarşısında keçəcək.
Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE