Yanvarın 28-də saat 18 radələrində Müdafiə Nazirliyinin Daşkəsəndə yerləşən hərbi hissəsindən birində dəhşətli hadisə baş verib. Hadisə ilə bağlı ilkin məlumatlarda bildirilirdi ki, iki əsgər avtomat silahdan atəş açaraq hərbi hissə rəhbərliyinə daxil olan şəxsləri güllələyib. Atəş nəticəsində dörd hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Bunun ardınca isə əsgərlər özlərini güllələyiblər. Digər məlumatlarda isə qeyd edilir ki, onları hadisəni törətdikdən sonra qaçmaq istəyərkən hərbi hissənin əmr alan əsgərləri güllələyib.
Daşkəsəndəki bir mənbə “Turan”a deyib ki, indi rayonda hamı bu hadisədən danışır: “Camaat əsgərin həddindən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyini deyir”. “Turan”ın bildirdiyinə görə, hadisə hərbi hissənin komandir heyəti bir yerə yığıldığı vaxt baş verib: “Əsgər bundan istifadə edərək komandir otağında olan zabitlərə, sonra isə hara gəldi atəş açıb”.
Dünən baş vermiş hadisə ilə bağlı rəsmi məlumatlar açıqlanana qədər xeyli informasiyalar, şayiələr yayılmışdı. Bizə də belə bir dəqiqləşdirilməmiş xəbər də daxil olmuşdu ki, komandirlərə atəş açan əsgərlər bu hadisəni törətməzdən əvvəl psixotrop maddə qəbul ediblər. Əgər bu versiya doğrudursa, belə ehtimallar var ki, həmin əsgərləri təlimatlandıran şəxslər də ola bilər...
Bura çətin hərbi hissədir
Bu yazını hazırlayan müxbirimizin hərbçilərlə söhbətimiz zamanı bəlli oldu ki, hadisə baş verən hərbi hissə çətin hərbi hissələrdən hesab olunur. Burada neqativ hallar tez-tez baş verir. Bunun əsas səbəbi isə odur ki, bura bir növ “cəza briqadası” sayılır. Yəni hansısa hərbi hissələrdə hərbi qaydaları pozan, çətin hərbi xidmət keçən əsgər və zabitləri, bir sözlə, "naruşutel"ləri cəzalandırmaq üçün bura göndərirlər.
Həmçinin burada daha çox kasıb ailələrin uşaqları xidmət keçir. Bu da nəticə etibarı ilə onların komandirlərinin telefonlarına kontur yükləyə, onlara “görüm-baxım” edə bilməməsinə səbəb olur. Nəticədə də komandirlərlə əsgərlər arasında tez-tez konfliktlər baş verir.
Maraqlıdır ki, qətlə yetirilən şəxslərin kimliyi barədə dünən günün ikinci yarısından sonra da ictimaiyyətə heç bir açıqlama verilmirdi. Saat 16 radələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı açıqlama yaydı. Bu açıqlamada da hadisənin konkret detalları açıqlanmadı.
Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Bir qədər sonra isə APA-ya hərbi mənbəyə istinadən məlumat yaydı. Məlumatda bildirilir ki, Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin rayonun Qaraqollar kəndi ərazisində yerləşən divizionunda yüksək rütbəli hərbçilər iki əsgər tərəfindən öldürülüb.

Dəhşətli səhnə - əsgərlər eyni anda bir-birini güllələyib!
Hadisəni əsgərlər - Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov törədib. Onlar tabeliyində olan silahla polkovnik-leytenant Yusif Cumayev, kapitan Vasif Sadıqov, baş-leytenant Anar Quliyev və gizir Elgün Səmədovu qətlə yetiriblər.
Daha iki hərbçi - mayor Valeh Babayev və müddətdən artıq xidmət keçən Samir Abbasov isə güllə yarası ilə hospitala yerləşdirilib. Hazırda onların vəziyyəti ağır qiymətləndirilir. Əsgərlər zabitlərə atəş açdıqdan sonra bir-birlərini güllələyib.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparırlar. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.

Psixoloji durumu yerində olmayan şəxsin orduda nə işi var?
Dünən günortadan sonra hadisə nəticəsində dünyasını dəyişən hərbiçilərin cəsədləri Gəncə şəhərinə gətirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, hərbi hospitala, oradan isə şəhərin məscidlərindən birinə aparılan hərbçilər burada tabuta qoyularaq, ailələrinə yola salınıb...
Hər ikisi Bakıdan olan əsgərlərin bu hadisəni törətdikdən sonra bir-birilərini güllələməsi də onu göstərir ki, bu anında baş verən qətliam deyil, həmin əsgərlər öncədən plan quraraq bu hadisəni törədiblər. Bunun motivi haqda isə ən müxtəlif səbəblər göstərilir. Daha çox səslənən versiya əsgərlərin incidilməsidir.
Ötən gün Milli Məclisin vitse-spikeri Bahar Muradova hadisəyə münasibət bildirərkən deyib ki, qətliam törədən əsgərlərin psixoloji durumu yerində olmayıb. Bununla ordudakı hərc-mərcliyə don geyindirmək istəyən Bahar Muradova psixoloji durumu yerində olmayan şəxslərin orduya niyə aparılmasına da aydınlıq gətirsəydi, yaxşı olardı. Hər bir halda, bu qanlı olaya görə Müdafiə Nazirliyinin rəhbərliyindən hesab sorulmalıdır.

Doğurdan da, Əbiyevə “Şöhrət” ordeni düşmürdü!

Diqqət edin, iki gün öncə Səfər Əbiyev “Şöhrət” ordeni alır, pafosla onun mükəmməl ordu quruculuğundan danışılır, ardınca belə bir dəhşətli hadisə baş verir. Bu fakt bir daha təsdiqlədi ki, Əbiyevə “Şöhrət” ordeninin düşməməsi haqda deyilənlər əsassız deyil. Aydın görünür ki, orduda köklü islahatlara ehtiyac var, burada heç də hamı yerində deyil. Əgər əsgər hansısa mübahisə zəminində öz əsgər yoldaşını güllələyirsə, bunun özünün də anormal hadisə olmasına baxmayaraq, rəsmilər bu hadisəyə don geyindirə bilərlər. Amma əgər əsgərlər əlinə silah alaraq hərbi hissə rəhbərliyini güllələyirsə, bu mövcud sistemə qarşı üsyandır. Odur ki, məsələyə çox ciddi yanaşılmalıdır.
Nəzərə çatdıraq ki, bu, orduda ilk kütləvi qırğın deyil. Ötən ilin yazında da Seyfəli poliqonunda Ağcabədi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Orxan Səfərov 4 əsgər yoldaşını güllələyərək qətlə yetirmişdi. Onun məhkəməsi bu yaxınlarda başa çatdı və Səfərova ömürlük həbs cəzası verildi.
Günün sonunda isə Müdafiə Nazirliyi Daşkəsəndə hərbi hissədə baş verən qanlı hadisə nəticəsində həlak olan və yaralananların ad-soyadlarını, nə vaxtdan hərbi xidmətdə olduqlarını açıqlayıb.

Qətlə yetirilən hərbi qulluqçular:
Gümayev Yusif Sadəddin oğlu, 1973-cü il təvəllüdlü, 1990-cı ilin avqustundan hərbi xidmətdə olub, Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
Sadıxov Vasif Miraləm oğlu, 1974-cü il təvəllüdlü, 1992-ci ilin iyulundan hərbi xidmətdə olub, Ağdaş Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
Quliyev Anar Ələddin oğlu, 1985-ci il təvəllüdlü, 2002-ci ilin iyulundan hərbi xidmətdə olub, Lənkəran Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
Səmədov Elgün Loğman oğlu, 1989-cu il təvəllüdlü, 2007-ci ilin avqustundan hərbi xidmətdə olub, Hacıqabul Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Yaralananlar:
Babayev Valeh Məhəmməd oğlu, 1975-ci il təvəllüdlü, 1993-cü ilin avqustundan hərbi xidmətdə olub, Göyçay Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
Abbasov Samir Eyvaz oğlu, 1985-ci il təvəllüdlü, 2008-ci ilin oktyabrından hərbi xidmətdə olub, Daşkəsən Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Hadisəni törətmiş və axırda özlərini öldürmüş əsgərlər:
Əzizov Elxan Bəyalı oğlu, 1990-cı il təvəllüdlü, 2009-cu ilin yanvarından hərbi xidmətdə olub, Bakının Yasamal Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
Məmmədov Sadiq Etibar oğlu, 1991-ci il təvəllüdlü, 2009-cu ilin oktyabrından hərbi xidmətdə olub, Bakının Nəsimi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

İstintaq qrupunun rəhbərindən ziddiyyətli açıqlama
Dünən axşam saatlarında Daşkəsəndəki “N” saylı hərbi hissədə baş vermiş hadisəni araşdıran istintaq qrupunun rəhbəri, respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranov “Media forum” saytına açıqlama verib. Ş.İmanov bildirib ki, hadisəni törədən və özləri də həlak olan əsgərlərin meyitləri artıq valideynlərə təhvil verilib.
Yaralanmış iki hərbçiyə gəlincə, istintaq qrupunun rəhbəri onların vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: “Hazırda hər iki hərbçi Gəncədəki hərbi hospitaldadır. Onlara güllə dəyib. Amma həyatları və səhhətləri ilə bağlı heç bir təhlükə yoxdur”.
Müdafiə Nazirliyinin məlumatında hərbi qulluqçuları gülləyə tutan əsgərlərin sonda bir-birilərini öldürdüyü deyilir. Ancaq Ş.İmranov “Media forum”a bildirib ki, bu barədə qəti fikir söyləmək hələ tezdir: “Biz bunun belə olduğunu indidən deyə bilmərik. Hələ istintaq gedir”.

Əbiyevin rəqibləri hərəkətə keçdi...
Müdafiə naziri Səfər Əbiyevin hakimiyyətdəki rəqibləri hadisədən istifadə edərək, dərhal hərəkətə keçiblər. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bunlardan ən önəmlisi hesab oluna bilər. Bundan əvvəl də orduda baş verən neqativləri birbaşa və açıq şəkildə dilə gətirən Xanlar Vəliyevin son qətliamla bağlı mövqeyi maraq doğurur.
“Azərbaycanın hərbi birləşmələrində ötən il ərzində şəxsiyyət əleyhinə cinayətlərin sayı artıb". Bunu Respublika Hərbi Prokurorluğunda 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev deyib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin kollegiya ilə bağlı “Trend” agentliyinə verdiyi məlumatda qeyd olunur ki, hərbi birləşmələrdə qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artıb.
...X.Vəliyev qeyd edib ki, 2008-ci ilə nisbətən ötən il hərbi xidmət əleyhinə cinayətlər 0,9 faiz, tabelik qaydaları əleyhinə cinayətlər 11,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 19,9 faiz, fərarilik 63,1 faiz azalıb...
Bir sıra müşahidəçilər isə hesab edir ki, baş verən olay müdafiə naziri Səfər Əbiyevin vəzifəsini itirməsinə səbəb ola bilər.

www.musavat.com

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE