Srağagün Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən şiə zəvvarların avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisənin səhər saatlarında baş verdiyi söylənilir. Bu barədə “Yeni Müsavat”a Bakı və Bakıətrafı kəndlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasim Əlizadə məlumat verib.
R.Əlizadənin sözlərinə görə, yanvarın 28-də zəvvarları aparan avtobus karvanının qarşısını kəsən şəxslər avtobuslara atəş açmağa başlayıblar. Onların avtobusları taksi ilə təqib etdiyi bildirilir. Gülləbaran nəticəsində Bakının Maştağa kəndindən olan 16 yaşlı Leyla Əhmədova həlak olub. Qəsəbə sakini olan daha bir qadın və bir kişi - Maştağa kəndinin axundu Hacı Seyidağa isə ağır güllə yarası alıblar: “İlkin məlumatlara görə, həlak olan qızın İraqın Nəcəf şəhərində dəfn edilməsi nəzərdə tutulub. Yaralılar isə İraqda xəstəxanaya yerləşdirilib”.
Yaralılardan birinin Maştağa ağsaqqallarından olan Hacı Zakirin qohumu olduğu söylənir.
Onu da qeyd edək ki, İraqda qalan zəvvarlar qrupunun Azərbaycana gətirilməsini ziyarəti təşkil edən şirkət öz üzərinə götürüb. Bəzi məlumatlara əsasən ziyarəti İran şirkətlərinin biri təşkil edib. Azərbaycanlıların isə ziyarətə Bakıdan və yaxud İran tərəfindən getdikləri məlum deyil. Qeyd edək ki, avtobus karvanında əsasən İrandan olan zəvvarlar olub. Basqın zamanı ümumilikdə 27 nəfərin həlak olduğu deyilir. Onların hamısının İran vətəndaşları olduğu söylənilir. Basqınçılar çox güman ki, İraqın nəzarətsiz zonalarında at oynadan yerli terrorçular olub.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE