
Azərbaycanı Eurovision-2010-da Səfurə Əlizadə təmsil edəcək
Bir müddət əvvəl Buta Palace-da təşkil olunan Milli seçim turunun final konserti başa çatıb. İtv.az xəbər verir ki, münsiflərin qərarı ilə bu il Eurovision-2010 Mahnı müsabiqəsində ölkəmizi Səfurə Əlizadə təmsil edəcək.
İctimai Teıeradionun təşkilatı, Gənclər və idman nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan möhtəşəm şou öz gözəlliyi və gözlənilməz nəticə ilə yadda qaldı.
Hər 3 namizədin çıxışlarından sonra münsiflər heyyəti səsvermə üçün zalı tərk etdilər. Onu da qeyd edək ki, əvvəlcədən planlaşdırıldığı 15 dəqiqə yerinə münsiflər 40 dəqiqədən çox öz seçimini edə bilmirdi. Nəhayət, yekun nəticəni və ölkəmizin yarışmada builki təmsilçinin adını açıqlamaq üçün səhnəyə Azərbaycan nümayəndə heyyətinin rəhbəri Adil Kərimli çıxdı. Məhz o Səfurə Əlizadənin qalib olduğunu elan etdi. Onu da qeyd edək ki, zalda “Milk&Kisses” və Məryam Şabanovanın pərəstişkarlarının daha çox olması tamaşaçılar Səfurənin qalib olma xəbərini xüsusi soyuqluqla qarşıladılar.
Xatırladaq ki, gecədə Gürcüstanın Eurovision-2010 təmsilçisi Sofia Nijaradze və Rusiyanın “Fabrika zvezd” layihəsinin iştirakçısı Dakota qonaq qismində çıxış ediblər.
Xatırladaq ki, “Eurovision 2010” mahnı yarışması mayda Norveçin paytaxtı Osloda keçiriləcək.
Biz də öz növbəmizdə Səfurəni təbrik edir, ona bu çətin yolda uğurlar arzu edirik....



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE