Sinclair OS v.20120224 Multilingual (x86/2012)
Sinclair OS v.20120224 Multilingual (x86/2012)

Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
Ardı...

  • Sinclair OS v.20120224 Multilingual (x86/2012)
    Sinclair OS v.20120224 Multilingual (x86/2012)

    Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
    Ardi...

  • Optitex 11 11.0.663 (x86/Multi)
    Optitex 11 11.0.663 (x86/Multi)

    Optitex 11 11.0.663 (x86/Multi)Optitex 11 11.0.663 (x86/Multi) | 455 Mb In the modular system OptiTex...
    Ardi...

  • Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)
    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)

    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)Rosetta Stone 3.4.7 With 18 Languages...
    Ardi...

  • Ozi Explorer CE 2.19 & Maps
    Ozi Explorer CE 2.19 & Maps

    Ozi Explorer CE 2.19 & MapsOzi Explorer CE 2.19 & Maps | 3,89 Gb Ozi...
    Ardi...

Köhnə yazışmalar
Müəllifseher kuleyi-gunel
smile yaxsi saydi sadece dizayni biraz pisdi deyse ela olar
MüəllifIsmayilova Aysel
necesiz uwaqler

Söhbətə yazabilmək üçün qeydiyyat olun və ya
FaceBook İlə Giriş Et

İstifadəçilər: 

Qonaq

----------------------------------------------------------------------------------------
Yazdı Zuleyxa
Xəbər Paxıllıq
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Yazdı NANUW
Xəbər LovE
--------------------------------------------

Saytımızdan razısınız?
Bəli dada
Xeyir foo


Mesaj Yazdamla - salam  REAL MADRID - SALAM BURADA REAL MADRID VAR  NN - Hamini salamlayiram!  Zuleyxa - Salamlar men bugun qeyd oldum burda oz seirlerimi yazmaq isteyirem amma alinmir bunu nece edim?bilen varsa mene zehmet olmasa komek etsin olar?  Yusifli Adil - Salam hamınızın bayramını təbrik edirəm neçə belə illərə!!!  

Bu gün Kəlbəcərin işğalından 17 il ötür

  • 2-04-2010, 20:35
  • |
  • Müəllif:Alfa85
  • |
  • Baxılıb:609
 (səs sayı: 1)
Bu gün Kəlbəcərin işğalından 17 il ötür





Kəlbəcər rayonunun işğalından 17 il ötür.
Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Ermənistan Respublikasının münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili" (Nyu-York, 994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib ki, bu da ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.

Dağıdılmış mədəni abidələr

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

İşğal zonasında ekoloji vəziyyət

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»i işğaldan sonrakı dövrlərdə rayon ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxış keçirərkən, şahid ifadələrini dinləyərkən təbii sərvətlərin Ermənistan Respublikasının vətəndaşları tərəfindən qəddarlıqla dağıdılmasına dair aşağıdakı faktları aşkar edib:

-Bütün meşələr məhv edilərək yanacaq kimi istifadə edilir.

-Kəlbəcər ərazisindəki yüksək alp çəmənlikləri tanınmaz hala salınır. Yağışlı günlərdə ermənilər əsas yoldan kənara çıxaraq ağır texnikanı çəmənliklərə sürür, məhsuldar otlaqları yararsız hala salaraq torpaqları erroziyaya uğradırlar.

-Kəlbəcər meşə təsərrüfatı idarəsinın inzibati binasının ətrafında yerləşən parkdan, orada əkilmiş müxtəlif növ dekorativ, relikt şam ağaclarından əsər-əlamət yoxdur. Binanın qarşısına iri diametrli ağaclardan kəsilmiş oduncaqlar, qol-budaqlar tökülüb. Kəsilmiş ağacların kötükləri aydın görünür.

-Kəlbəcərin Kəndyeri adlanan ərazisindəki benzindoldurma məntəqəsinin ətrafındakı yaşıllıq məhv edilib, kəsilmiş ağacların budaqları yol kənarına dağıdılıb. Çay kənarında olan beton zavodunun ətrafındakı ağaclar və kəndlərə gedən şosse yolunun kənarında bitən ağaclar da doğranaraq aparılıb. Tamamən dağıdılmış Qaykənd kəndinin yol kənarındakı ağacları məhv edilib.

-Rəhimli kəndinin yuxarı hissəsindəki yüksəklikdə yeni televiziya qülləsi tikilib. Bu qülləyə gedən yol meşələrdən keçir. Buraya yol açmaq üçün minlərlə ağac kəsilib.

İşğaldan əvvəl

Hələ 1990-cı ildə, iyul ayının 11-də erməni separatçıları tərəfindən «Tərtər Kəlbəcər» sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilib və nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.

1993-cü il aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilər azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən lentə alınıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.





5Şərhlər
Nisa
  • 2 Aprel 2010 11:44 | Active User
  • Nisa
Tarixi faktlarimizi qan yaddasimizi xatirlatdigincun sene tesekkur.Bu qanlar yerde qalmayacaq insallah.

--------------------
Alein
  • 2 Aprel 2010 14:11 | Administrator
  • Alein
o gün olsun bu torpaqların qaytarılması xəbərləri çap olsun

--------------------
sensizem
  • 2 Aprel 2010 16:26 | Psixoloq
  • sensizem
Allah olenlere rehmet elesin.

--------------------
Gulya
  • 2 Aprel 2010 17:03 | Administrator
  • Gulya
Allah rehmet elesin!
Anya
  • 4 Aprel 2010 09:46 | VIP user
  • Anya
Sitat: Alein
o gün olsun bu torpaqların qaytarılması xəbərləri çap olsun

Amin o gün olsun ilk xəbəri mən verim ki torpaqlar azad olundu

--------------------
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!