Sinclair OS v.20120224 Multilingual (x86/2012)
Sinclair OS v.20120224 Multilingual (x86/2012)

Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
Ardı...

  • Sinclair OS v.20120224 Multilingual (x86/2012)
    Sinclair OS v.20120224 Multilingual (x86/2012)

    Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
    Ardi...

  • Optitex 11 11.0.663 (x86/Multi)
    Optitex 11 11.0.663 (x86/Multi)

    Optitex 11 11.0.663 (x86/Multi)Optitex 11 11.0.663 (x86/Multi) | 455 Mb In the modular system OptiTex...
    Ardi...

  • Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)
    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)

    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)Rosetta Stone 3.4.7 With 18 Languages...
    Ardi...

  • Ozi Explorer CE 2.19 & Maps
    Ozi Explorer CE 2.19 & Maps

    Ozi Explorer CE 2.19 & MapsOzi Explorer CE 2.19 & Maps | 3,89 Gb Ozi...
    Ardi...

Köhnə yazışmalar
Müəllifseher kuleyi-gunel
smile yaxsi saydi sadece dizayni biraz pisdi deyse ela olar
MüəllifIsmayilova Aysel
necesiz uwaqler

Söhbətə yazabilmək üçün qeydiyyat olun və ya
FaceBook İlə Giriş Et

İstifadəçilər: 

Qonaq

----------------------------------------------------------------------------------------
Yazdı Zuleyxa
Xəbər Paxıllıq
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Yazdı NANUW
Xəbər LovE
--------------------------------------------

Saytımızdan razısınız?
Bəli dada
Xeyir foo


Mesaj Yazdamla - salam  REAL MADRID - SALAM BURADA REAL MADRID VAR  NN - Hamini salamlayiram!  Zuleyxa - Salamlar men bugun qeyd oldum burda oz seirlerimi yazmaq isteyirem amma alinmir bunu nece edim?bilen varsa mene zehmet olmasa komek etsin olar?  Yusifli Adil - Salam hamınızın bayramını təbrik edirəm neçə belə illərə!!!  

Ramazan Bayramı

  • 9-09-2010, 01:01
  • |
  • Müəllif:Alfa85
  • |
  • Baxılıb:843
 (səs sayı: 3)
Ramazan Bayramı






Bu gun Ramazan Bayramidir.
Saat 10-da məscidlərdə ramazan bayramı namazı qılınacaq.



Ramazan Bayramı bizə nələr yaşadır?

Ona 11 ayın şahı dedik və içində yaşadığımız bu dövrdə dilimizdən Allaha yalvarışlarımızı (dualar) əskik etmədik, oruc tutub nəfsimizi sınağa çəkdik, Yaradanımız qarşısında mənəvi borcumuzun bir zərrəsini ödəməyə cəhd göstərdik.

Bir aylıq imtahanın sonuna gəldik. İmtahanı necə verdik, hansı qiymətə layiq görüldük, bacardıqmı ya yox, - bunları özümüz bilmirik, amma onu bilirik ki, müqəddəs ayın başa çatmasının bayram edilməsi lütf olunub. Və biz də bu bayramı İNSANın və İNSANLIĞIN bayramı kimi qeyd edirik.

Bu, nə Bayramıdır?

Ramazan Bayramı təkcə oruc əməlinin sona çatmasının təntənəsi deyil, o, həm də sevincli, nəşəli xoşbəxt bir gündür. İnsanda ən ali duyğuların, sevgi və mərhəmət hissinin coşduğu, inam və imanın sarsılmaz qüvvəyə çevrildiyi gündür bu bayram günü.
Bu gündə İNSAN yaradılışını dərk edir, özünü tanıyır, nəfsinə və daxilindəki bütün mənfiliklərinə qalib gəlməsinin sevincini bayram edir. Qələbə insanın fəxr edib qürur duyduğu bir nemətdir, qələbə günü isə fəxarət günüdür!

Ramazan Bayramı müsəlmanları bir-birinə qovuşduran, qaynayıb-qarışdıqları, bayramlaşdıqları gündür. İnsanlar bu mübarək gün münasibətilə bir-birini təbrik edir, qonaq gedir, yada salır, kimsəsizlər və kasıblara əl tutulur, mərhəmət və xeyirxahlığın göstərilməsi üçün gözəl zəmin yaranır. İnsanlar mərhumlarının qəbirlərini ziyarət edir, xatirələrini yad edir, onların ruhuna dualar oxutdururlar. Demək ki, təkcə özləri deyil, doğma ruhları da sevindirirlər.

Bəs niyə Ramazan Bayramı müsəlmanlar üçün bu qədər əzizdir?

Ramazan Bayramı, bir ay boyunca hər gün oruc tutan müsəlmanların hər iftar zamanı yaşadığı sevinc və rahatlıq hissininin bayram günündəki toplum təzahürüdür. Bir ay boyunca qətrə-qətrə yaşanan fərahlığın sonda böyük bir sevinc dənizinə çevrildiyi andır.

İsti yay günlərində susuzluğa qalib gələn müsəlmanlar bu imtahandan iftixarla çıxmağının, səbr və dözümünün qələbəsinin sevincini yaşayırlar bu Ramazan Bayramında.

Ramazan Bayramının tarixi hardan başlayır?

622-ci il İslam sivilizasiyası tarixinin ilk ili kimi qəbul olunur. Bu tarix də Peyğəmbər (S) cənablarının Məkkədən Mədinəyə hicrəti - köçməçi ilə bağlı hesablanıb. (Elə buna görə də bu təqvimə Hicri təqvimi deyilir). Hicrətin ikinci ili - yəni, Miladi təqvimlə 623-cü ildən başlayaraq Ramazan ayı orucluq ayı kimi qeyd olunur və ta o vaxtdan Ramazan ayının bitdiyi gün bayram edilir.

Orta əsrlərdə bu bayram daha böyük təntənələrlə qeyd edilirmiş. Orucluq bitdikdən sonra 10 gün ərzində insanlar bir-birilərinə qonaq gedər, hal-xəbər tutar, yetim-yesirlərə əl tutarmışlar, həmçinin bazarlarda ucuzlaşma olardı.

Ramazan ayı – Dünyanın əvvəli və sonudur!

Ramazan Ayının şərafəti təkcə bunlarla bitmir. Bu AY dünyanın yaranması və nə zamansa məhv olacağı aydır.
Peyğəmbərin (S) «Hədisi-şərif»ində buyurulub ki, dünya Ramazan ayında xəlq olunub və Ramazan ayının bir cümə günündə də qiyamət qopacaq. Yəni dünyanın sonu gələcək. (Amma bu tarix məlum deyil).

Yeri gəlmişkən, amerikalıların Mayalıların təqviminə əsasən, 2012-ci ilin dekabrında dünyanın sonu gələcəyinə dair proqnozlarını bu hədis rədd edir. Çünki dekabr ayı Ramazana təsadüf etmir. 2012-ci ilin Ramazan ayı 20 iyuldan-19 avqusta qədər olan dövrü əhatə edəcək. Deməli, insanlar arasında eyforiya yaratmağa hesablanmış bu fikrin puçluğu ortaya çıxır.

Ramazan ayı bizi sağlamlaşdırır

Ramazan sözünün hərfi mənası «yandırmaq» deməkdir. İnsan orqanizmindəki aylarla, illərlə yılığan şlaqları yandırır. Əbəs Peyğəmbərin (S) hədisində burulmayıb ki, «oruc tutun, səhhət qazanın». Deməli, Ramazan ayı həm də səhhəti möhkəmləndirmək ayıdır.
Sağlam qalmağın, orqanizmi aylarla yığılıb qalaqlanan zir-zibillərdən təmizləməyin ən yaxşı üsulu isə oruc tutmaqdır.

Bəs oruc tutanla tutmayanın fərqi nədir?

Oruc tutan adamın əməlinin savabı, həmçinin özünə faydası məlumdur. Bəs oruc tutmayan insan oruclu şəxs qarşısında borcludirmu?
Oruc saxlayan şəxsin bu əməlinin savabının yarısı onu iftara qonaq edən şəxsin (oruc tutmayanın da) payına düşür. Təbii ki, oruclunun öz savab payından heç nə əksilmədən.

Oruclu şəxsin yanında yemək yeyilir, su içilirsə və bunlar oruclu şəxsin iradəsini sındıra bilmirsə, həmin şəxsin savabı ikiqat artar. Başqa sözlə, bu oruclu şəxs həm fiziki, həm mənəvi, ruhani qazanclı olur.

Ramazan – nəfslə iradənin mübarizəsi

İnsan aclığa birtəhər gözür, amma susuzluqla mübarizə isə insandan sözün əsl mənasında şücaət tələb edir. Ramazanın məhz istilərə düşməsi suya böyük təlabat yaratsa da, nəfsə qalib gəlmək iradənin möhkəmlənməsinə kömək edir.
İnsan iradəsinin sınanması onu həm də başqalarını başa düşməyə cəhd göstərməkdə büruzə verir. Oruc tutmaqla kasıbların, acların hisslərini, onların yaşadıqlarını hiss etməyə imkan verir.

Ramazan Bayramı necə qeyd edilir?

Ramazan Bayramı, bayram namazının qılınması ilə başlanır. Peyğəmbər (S) bayram günlərinin yemək-içmək günləri olduğunu buyurub. Ramazan və Qurban bayramlarında oruc tutmaq isə haram hesab edilir. Bəli, cəmi bir gün əvvəl orucu bilərəkdən pozmaq haram iş sayılırsa, ertəsi gün - Ramazan bayramı günü özünü nemətlərdən məhrum etmək haram iş sayılır.

Bizləri ibadətə və axirət əməllərinə təşviq edən edən Peyğəmbər (S) Ramazan bayramı gecələrində qalxıb ibadət etməyi tövsiyə edib. «Savabını Allahdan umaraq iki bayram gecəsində qalxıb ibadət edən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz» - Peyğəmbər (S) hədisdə buyurub.

Ramazan bayramında çox insanlar səqədələr verməklə də savab işlərin fəxarətini yaşayırlar.

Ramazan ayı günahların bağışlandığı ay, Ramazan Bayramı mükafat günüdür.

Allah-təala bu bayramda hər birimizi öz mərhəməti və rəhməti ilə mükafatlandırsın! Allah bizim günahlarımızı bağışlasın, ibadətimizi, oruc və dualarımızı qəbul etsin!


Ramazan Bayramınız mübarək!





4Şərhlər
heyat111
  • 9 Sentyabr 2010 01:31 | Active User
  • heyat111
Butun muselmanlari Ramazan bayrami munasibetiyle tebrik edirem.Allah oruc namazinizi,dualarinizi qebul elesin.Arzularinizi heyata kecirsin.Amin!!! busenin

--------------------
Gulya
  • 9 Sentyabr 2010 12:26 | Administrator
  • Gulya
DOSTUM ÇOX SAG OL GÖZƏL XƏBƏR ÜÇÜN!
KAINATIN YARATICISI VE ALEMLERIN RƏBBI YÜCE ALLAH'A SONSUZ SÜKÜRLƏR OLSUN! RAMAZAN BAYRAMI BEREKETIYLE, BOLLUGUYLA GƏLSIN!RAMAZAN AYINDA TUTULAN ORUCLARNIZI ALLAH QƏBUL ETSIN!BAYRAMİNİZ MÜBARƏK!!! busenin bakunights
ramo
  • 9 Sentyabr 2010 12:39 | Active User
  • ramo
ALLAH RAZI OLSUN COX GOZEL SOZLERDIR.ALLAH HAMIMIZI BUTUN PIS OLAN HER SEYDEN QORUSUN ALLAH IBADETLERIMIZI QEBUL ELESIN

--------------------
Peqasus777
ALLAH CUMLEMIZDEN RAZI OLSUN !ORUC NAMAZLARINIZ DUALARINIZ QEBUL OLSUN!RAMAZN BAYRAMINIZ MUBAREK OLSUN!
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!