Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir
Tövbə Allahın rəhmətindən onun bəndələrinin üzünə açılmış bir qapıdır. Əgər bu qapı bağlı olsaydı, kimsə üçün qurtuluş yox idi.
Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribanlığının əlamətidir. Tövbə insanın Allah qarşısında üzr istəməsinin ən yüksək mərhələsidir. İstər kiçik, istərsə də böyük günahlardan tövbə etmək vacibdir. «Nur» surəsinin 31-ci ayəsində buyurulur: «Tövbə edin və hamınız Allaha tərəf üz tutun. Olsun ki, doğru yol tutasınız». Yenə «Təhrim» surəsinin 8-ci ayəsində buyurulur: «Ey Allaha iman gətirənlər, tövbə edin, xalis tövbəylə Allaha üz tutun. Ümid var Allah günahlarınızı silsin». Allahın Peyğəmbəri (s.ə.s): «Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur». Tövbə edənlər Allahın sevimli bəndəsinə çevrilirlər. İmam Əli (ə) buyurur: «Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır».
Tövbənin fəziləti
1.Allah yanında sevimli olmaq - «Bəqərə» surəsində buyurulur: «Doğrudan da Allah çox tövbə edənləri dost tutur».
2.Günahın savaba dönməsi - tövbə vasitəsilə yalnız günah zülməti çəkilməz, eləcə də onun yerini itaət nuru tutar.
3.Mələklərin tərif və duası - ərşi çiyinlərində saxlayan və ərşi dolanan mələklər hamısı həmd və sitayişlə Allaha təsbih deyər və tövbə edənlərin bağışlanması və cəhənnəm əzabından qorunmasını diləyərlər.
4.Tövbə edən behişt əhlidir - Quranda buyurulur ki, tövbə edənlərin imarətlərinin altından çaylar axar, orada həmişəlik və əbədi qalarlar.
5.Tövbə ömür uzunluğu və rifah səbəbidir.
6.Tövbə duanın qəbulolma səbəbidir.
7.Tövbə qəbuldur və Allahın müjdəsidir.
8.Günah, hər nə və hər nə qədər olsa, tövbə ilə paklanar.
Tövbənin mərhələləri
Tövbə halına gəldikdən sonra bir neçə əməl lazımdır:
1.Üç gün oruc tutmaq - Həzrət Sadiq (s) buyurmuşdur: «Allahın əmr etdiyi «Nəsuh» tövbəsi çərşənbə, cümə axşamı, cümə günləri oruc tutmaqdır».
2.Tövbə qüslü - Həzrət Peyğəmbər (s.ə.s) buyurur: «Elə bir bəndə yoxdur ki, hər nə qədər günahdan sonra peşman olub tövbə edə və Allah onu öz bağışlaması ilə qarşılamaya. Qalx, qüsl et və Allaha səcdə qıl».
3.İki və ya dörd rükət namaz qılmaq - Həzrət Sadiq (s) buyurur: «Günah etmiş hər bir bəndə qalxsın, paklansın və dəstəmaz alsın. İki rükət namaz qılıb Allahdan bağışlanma istəsin. Tövbənin qəbulu Allaha aiddir».
Nəsuh tövbəsi nədir?
1.Xalis və pak tövbə Allahın razılığı, yəni yalnız Onun əmrinə görə günahla müxaliflik məqsədilə olsun. Nə cəhənnəm əzabından qorxu, nə də behişt tamahı ilə olmasın.
2.Elə bir tövbə ki, xalqı da tövbəyə həvəsləndirsin. Yəni tövbəkar şəxs öz keçmişini islah etsin və hər bir günahkar onun tövbəsinin əsərlərini görsün, tövbəyə meyil etsin, tövbə əhli olsun. Bu halda öz əməli ilə başqalarını nəsihət etmiş olur və tövbə yoluna yönəldir.
3.Elə bir tövbə ki, onun vasitəsilə yırtılmış pərdələr tikilsin və tövbəkar şəxs Allah övliyaları ilə yoldaş olsun.
4.Nəsihətvericilik («Nəsuh») tövbəkarın sifəti olsun. Yəni özünü nəsihət edən şəxsin tövbəsi; Elə kamil bir tövbə ki, günahın bütün əsərlərini qəlbdən çıxarsın.
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!
«Tövbə» surəsi, 11
«Onlar Allahla yanaşı, başqa bir məbud çağırmaz, Allahın haram buyurduğu Cana qəsd etməz, Zina etməzlər. Hər kəs bunu etsə, günaha düçar olar. Qiyamət günü onun əzabı ikiqat olar və o, əzab içində zəlil olub əbədi qalar. Yalnız tövbə edən və layiqli iş görənlərdən başqa. Allah onların pis əməllərini xoş əməllərə çevirər. Allah bağışlayan və mehribandır».
«Fürqan» surəsi, 68
Axirət dünyasında tövbə qəbul olunmaz
Çünki o dünyada insanın peşmanlığının, tövbə etmək istəyinin səbəbi onun daxilindəki müqəddəs, azad inqilab deyil. Uşaq ana bətnində olarkən ana orqanizminə bağlıdır. Qidası bədənin suyu, salamatlığı və xəstəliyi anadandır. Doğulan kimi anadan asılılığı bitir, həyatına başqa qanunlar hakimlik edir. İnsan bu dünyadan köçəndə həyat qanunları tamamilə dəyişir. Əməl və tövbə, təkamül və tənəzzül yalnız bu dünyaya aiddir. Ölümdən sonra olunan tövbələrin faydası yoxdur. Həzrət Əli (ə) bu haqda buyurur: «Bu gün əməl günüdür. Fürsətdən istifadə etməli, vaxt var deyə tövbəni təxirə salanlardan olmamalıyıq». Allah-Təala (c.c.) buyurur: «Vədələr gecikməz» hələ ömrümüzdən qalır, hələ yüz gülümüzdən biri açılmayıb demək, şeytani vədələrdir, əmmarə nəfsin yalanlarıdır. İnsan tövbəni təxirə salmamalıdır.
Tövbənin altı şərti
Tövbə altı əsas söz üzərində qurulmuş bir kəlmədir. Bu altı şərtin ikisi əsas şərt, ikisi qəbul şərti, ikisi də kamillik şərtidir.
Birinci şərt peşmanlıq, həsrət, təəssüf, daxili narahatlıqdır. Yəni həqiqi tövbə odur ki, keçmişinizin qaranlıq səhifələrini vərəqləyəsiniz və sizdə dərin peşmanlıq yarana.
İkinci şərt günahın tərkində ciddilikdir. Tövbə edib, yenidən günaha qayıdanların tövbəsi tövbə etməməsindən pisdir. Çünki bu hərəkət tövbəni lağa qoymaq, Allaha istehza etməkdir. Elə bir günah yoxdur ki, Allah-Təala onu qəbul eləməsin (Ona şərik qoşmaqdan başqa). Amma gərək tövbən həqiqi və səmimi olsun.
Üçüncü şərt xalqın hüququnun qaytarılmasıdır. Allah ədalətlidir və bəndələrin haqqını keçmir. Tövbə etmək istəyən şəxs xalqın haqqını, borcunu ödəməlidir. Öhdəsinə düşən zəkatı, xümsü ödəməli, aldığı rüşvəti sahibinə qaytarmalıdır.
Dördüncü şərt Allahın borcunu ödəməkdir. İlahi haqq nədir? Məsələn, tutmadığın orucların qəzasını tutmalı, qılmadığın namazların qəzasını qılmalısan. Boynuna həcc gəldiyi halda həccə getməlisən. Bunlar zarafat deyil.
Beşinci şərt haramdan yaranmış əti əritməkdir. Burada insan əti nəzərdə tutulmur, gecə əyləncələrində bədənə dolmuş ətlər, dəri və sümüklər haramdandır. Bunları əritmək üçün çalışmalısan. Onların yerini halal tutmalıdır. Özünü ərit.
Altıncı şərt günah ləzzətlərini dadmış bədənə ibadətin əziyyətini dadızdırmaqdır. Tənbəlliyi atın, rahattələbliklə Allah bəndəsi olmaq olmaz. Ərköyün insan insan deyil. Oruc tutmaq, sübh namazına durmaq çətindir? Elə çətin olduğu üçün bu işi gör. Bir müddətə özünə əziyyət ver, özünü tərbiyələndir.
Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ! «Tövbə» surəsi, 3
Tövbəni yubatmağın iki böyük zərəri var:
1.Günahı unudursan və unutduğun üçün tövbəyə müvəffəq olmursan.
2.Yavaş-yavaş işin ağırlaşır və işin ağırlaşanda bir baxışla hər şeyi inkar edirsən. Məsələn, birinin yüksək məbləğdə pulu vardır. Bunun beşdənbirini xüms verməlidir. Bu vermədikdə 10-15 ildən sonra hesablayanda böyük bir məbləğdə xüms alınır. Bu vaxt vicdan səsini necə qaldırmalı? Deyir ki, mən zəhmət çəkib pul qazanmışam. Qoy fəqir də gedib işləsin, dolansın. Beləcə, tövbə əvəzinə küfr başlanır. Üst-üstə günah edənlər həmişə tövbəni sonraya saxlayırlar və iş o yerə çatır ki, İslamı inkar edirlər. Belə adamlar tövbə edəcəkləri halda Quran onların tövbəsini qeyri-məqbul saymır.
«Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». «Maidə» surəsi 39
«Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam». «Taha» surəsi 82
Allahın Rəsulu (s.ə.s) buyurub: «Hər kəs ölümündən bir il qabaq tövbə etsə, bir il çoxdur, bir ay qabaq tövbə etsə, bir ay da çoxdur, bir həftə qabaq tövbə etsə, bir həftə də çoxdur, bir gün qabaq tövbə etsə, bir gün də çoxdur, ölüm mələyi ilə görüşdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər».
Kamil tövbə
Bir şəxs Həzrət Əlinin (ə) hüzurunda dedi: « Əstəğfirullah». Həzrət buyurdu: «Anan sənə ağlasın, bilirsən istiğfar nədir? (Çünki o şəxs dildə tövbə desə də, qəlbi boş idi). Tövbə ali aləmin yüksək məqamlarının və böyüklərinin dərəcəsidir». Kamil tövbə qəlb peşmanlığı, baş vermiş günahdan qəlbin dərdlə dolmasıdır. Qəlb nə qədər dərdli olsa, tövbə bir o qədər qəbul olmağa yaxınlaşar. Bu peşmanlıq günahın böyüklüyündən asılıdır. Çünki günahı böyük gördükcə peşmanlıq da artar. Paklandığına əmin olanadək tövbəkar şəxs rahatlıq tapmamalıdır. Bu əminlik isə yalnız ölüm zamanı, rəhmət mələyindən xoş xəbər alanda əldə ediləcək.
İmam Sadiq:«Allah-taala Davud peyğəmbər (s.ə.s.) vəhy etdi ki:«Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından cıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki mən mehribanların ən mehribanıyam»

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE