Siqaretin ürək-damar xəstəliklərindən tutmuş xərçəngə kimi bir çox xəstəliklərə səbəb olduğu çoxdan bəllidir. Yeni araşdırma zərərli vərdişin daha bir pis xüsusiyyətini üzə çıxarıb. Sən demə, siqaret elə ilk qüllabdan insan orqanizminə ziyan vurmağa başlayır. Amerikalı alimlər onun ziyanını görmək üçün illərin yox, dəqiqələrin kifayət olduğunu deyirlər. Belə ki, ilk qüllabdan sonra bədəndə onkoloji xəstəliklərə səbəb ola biləcək maddələr yaranmağa başlayır.
Siqaretlə mübarizə ilə məşğul olan "Ash" xeyriyyə cəmiyyəti siqareti tərgitməyin heç vaxt tez olmadığını bəyan edib. Məlumata görə, hesabatdan əldə edilən ən pis nəticə ondan ibarətdir ki, o, xərçəngə gedən yolun necə yaxın olduğunu ortaya qoyur. Belə ki, bu yol 30 ildən sonra yox, ilk dəfə siqaret çəkəndən 30 dəqiqə sonra başlayır.
12 xəstənin qanında gələcəkdə xərçəng xəstəliyinə səbəb olan polisiklik-aromatik karbohidrogen kimyəvi maddəsi tapıblar. Bu maddələr orqanizmdə dəyişikliyə uğrayır və başqa maddəyə çevrilir. Nəticədə DNT zədələnir ki, bu da xərçəngə gətirib çıxarır. Eksperimentdə bütün bu proses 15-30 dəqiqə çəkib.
Minnesota universitetinin professoru Stiven Xext alimlərin bu işini uğurlu adlandırıb. Onun sözlərinə görə, bu araşdırmanın nəticəsi siqaret çəkməyə başlayan insanlar üçün xəbərdarlıq olmalıdır.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE