İnsanı ölümə aparan xəstəlik
Tibb elmində ağciyər toxumalarının iltihabı kimi tanınan pnevmoniya bu il dünyada ən çox rast gəlinən xəstəliklər sırasındadır. İlk dəfə Yaponiyada aşkarlanan və 24 yaşlı bir gəncin ölümünə səbəb olan bu xəstəlik bir müddət sonra bütün dünyaya yayılıb.
Pnevmoniyanın bir çox növləri var. Onlar arasında daha çox yayılanı və ən təhlükəlisi ocaqlı pnevmoniyalardır. Pnevmoniya zamanı ağciyərin tənəffüs yolları selikli-irinli maye ilə dolur. Bakteriyaların ağciyərdə yayılması və yaşaması selikli–irinin əmələ gəlməsinə səbəb olur. Pnevmoniya zamanı ağciyərin qan damarları zədələnir. Bakterial iltihab get-gedə bütün orqanizmə yayılır və bu da damarlara, ürəyə, mərkəzi sinir sisteminə mənfi təsir edir. Belə halda hətta sağlam adamda da qan laxtalanması baş verir. Xəstəlik müalicə olunmadıqda xəstə üçün daha təhlükəli hal əmələ gəlir. Bakteriya zəhərləri və ağciyər toxumalarının parçalanması zamanı yayılan maddələr orqanizmi zəhərləyir. Arterial təzyiq düşür, ürək yığılmaları tezləşir.
Pnevmoniya olan insanlarla az təmasda olmaq lazımdır. Çünki asqırma, öskürək, nəfəsalma zamanı mikroblar ətrafa yayılır. Pnevmoniyaya səbəb olan mikroblar bir insandan başqa birinə asanlıqla ötürülür.
Hər insanda orqanizmin bu xəstəliyə müqaviməti fərqlidir. Eyni virus başqa orqanizmdə ölümə belə səbəb ola bilər.
Səbəbləri:
1. Oksigen çatışmazlığı
2. Qapalı yerdə çox oturma
3. Oturaq iş şəraiti
4. Bakteriyalar
5. Viruslar
6. Ağır qrip
7. Soyuqdəymə
8. Zəhərlənmə
9. Şüalar
10. Kimyəvi maddələr
Pnevmoniya həm də allergiya nəticəsində yarana bilir.
Dünyada hər il 1000 insandan 15-i ağır pnevmoniyaya yoluxur. Onlardan səkkizində xəstəlik ölümlə nəticələnir. Səbəb, insanların bu xəstəliyə ciddi önəm verməməsidir.
Əlamətləri:
• Titrəmə
• Bəlğəm
• Sinə ağrısı
• Quru və xırıltılı öskürək
• Şiddətli başağrısı
• Hərarətin yüksəlməsi
• Yaddaş zəifliyi
• Yorğunluq, halsızlıq
• Sümüklərin ağrıması
• İştahasızlıq
• Dodaqda uçuq
• Susuzluq
• Baş gicəllənməsi
• Dilin quru və ağ olması
Xəstəliyə yoluxmamaq üçün...
Vaxtlı-vaxtında qidalanmaq, spirtli içkilərdən, siqaretdən uzaq olmaq və vitamin qəbulu xəstəliyin qarşısını almağın ilkin yollarıdır. Əgər oturaq və qapalı işdə çalışırsansa, hər bir saatdanbir ən az 15 dəqiqə təmiz hava almalısan.
Pnevmoniyaya qarşı peyvənd mütləqdir. Peyvənd daha çox xroniki ağciyər və şəkər xəstəliyi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə, dalaq əməliyyatı olunanlara, alkoqol aludəçilərinə, AİDS xəstələrinə və 65 yaşdan yuxarı olan insanlara vurulmalıdır.
Müayinə:
Pnevmoniya müayinəsi pulmonoloqlar tərəfindən aparılır. Rentgen vasitəsilə xəstəyə diaqnoz qoyulur.
Müalicə:
Xəstənin olduğu otağın havası hər gün dəyişilməlidir. Xəstənin bədəni tez-tez spirtlə və ya içərisinə azca su qatılmış araqla silinməlidir. Xəstənin qidalanmasına diqqət yetirmək mütləqdir. Çoxlu maye qəbul etməli, sellülozlu ( kələm, çuğundur, xiyar) tərəvəzlər yeməlidir. Sağalma ərəfəsində vitaminlərə tələbat artır və bu zaman təbii tərəvəz və meyvələrlə yanaşı, polivitamin preparatlarından da istifadə edilməlidir. Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr, bəlğəmgətirici preparatlar, bitki çayları təşkil edir.
Pnevmoniya..
• Kiçik uşaqlarda, yaşlılarda, ürək, böyrək və duz xəstəliyi olanlarda ölümlə nəticələnə bilər.
• Pnevmoniya iki həftə davam edir. Amma xəstəlik sağaldıqdan sonra xəstə iki həftə özünü halsız hiss edir.
• Pnevmoniya qadınlara nisbətən kişilərdə daha çox aşkarlanır.
• Qarayanız kişilər xəstəliyə daha meyillidir.
Həkim-cərrah İbrahim Əsədov:
«Pnevmoniyanın bir çox növləri var: ikitərəfli və birtərəfli, xroniki və kəskin. İkitərəfli pnevmoniya zamanı xəstədə güclü havaçatışmazlığı aşkarlanır. Ən ağır halda o boğulmadan dünyasını dəyişir. Kəskin pnevmoniya da ölümlə nəticələnir. Xroniki pnevmoniya insanın canını asta-asta alır. İnsanlar arasında belə bir anlayış var ki, öskürürəm, asqırıram, bir az hərarətim var, demək, qrip olmuşam. Qripə önəm vermirlər. Bu da pnevmoniyaya gətirib çıxarır. Bəzən stress nəticəsində də pnevmoniya yarana bilər.
Pnevmoniyanın bir növü də var ki, buna «xəstəxana pnevmoniyası» deyilir. Bu xəstəxana daxilində olan viruslardan yaranır. Onlara daha çox xəstəxanada yatan xəstələr yoluxur. Bu, pnevmoniyanın müalicəsi yoxdur.
Pnevmoniyadan qaçmaq üçün immun sistemini gücləndirmək və bədəni soyuq hava şəraitinə öyrəşdirmək lazımdır. Bunun üçün vanna qəbul edərkən suyun çox qaynar olmamasına fikir verin. Özünüzdə pnevmoniya əlamətləri hiss etdikdə dərhal həkimə müraciət edin».
Pnevmoniya zamanı nəfəs yollarını genişləndirmək üçün aşağıdakı hərəkətlər lazımdır:
1. Astadan nəfəs alıb, 10 saniyə saxla. Yavaş-yavaş nəfəsi ağzından burax.
2. Dərindən nəfəs alıb, 3 saniyə saxladıqdan sonra qəfildən ağzından nəfəsi ver. İstəsən qəfildən «ha» deyə qışqıra da bilərsən. Nəfəsi alanda isə «oum» üsulundan istifadə et. Bu hərəkəti 3-4 dəfə təkrarla.
3. Dərindən nəfəs alıb, 10 saniyə saxla. Əllərini irəli doğru dart, barmaqlarını yavaş-yavaş tərpət. Sonra əllərini çiyninə qoyub, çiyinlərini tərpəd. Dərindən nəfəs al.
4. Sonda yoqo etməklə hərəkəti tamamla. Bunun üçün... 12 saniyə nəfəs al, 48 saniyə dayan. Sonra 24 saniyə tez-tez nəfəs al. Hərəkəti üç-dörd dəfə təkrarla.
5. Pnevmaniya zamanı gün ərzində 5 dəqiqə ağzıüstə uzan.
Pnevmoniya zamanı masaj:
1. Xəstəni üzüstə uzadın. Kürəyini barmaqların ucu ilə yavaşca masaj etməyə başla. Get-gedə surətləndir, masajı barmaqlarını oval formada hərəkət etdirməklə 10 dəqiqə davam et.
2. İsti vanna qəbul etdikdən sonra yaş bədənə vazelin sürt. Orta barmaqların köməyi ilə belini masaj etməyə başla. 10-15 dəqiqə davam etdirdikdən sonra isti odeyala bürünüb uzan. Bu masajı iki gündənbir təkrarla.
Qısa vaxtda pnevmoniyadan xilas ol:
• Ballıca, bağayarpağı, sürfə və qızıl çətir otlarından eyni miqdarda götürüb, kofeüyüdəndə əz. Qarışıqdan 2 xörək qaşığı götürüb, içərisinə 0,5 litr qaynar su tökülmüş termosa əlavə et. Gecə saxladıqdan sonra gün ərzində dörd dəfə 1/3 stəkan iç. Müalicəni 2 ay davam et.
• Quşotu, anis və şüyüd toxumu, şam ağacı tumurcuğu, kəklikotu və biyan kökündən eyni miqdarda götürüb, kofeüyüdəndə əz. Termosa 0,5 litr qaynar su töküb, üzərinə qarışıqdan 2 çay qaşığı əlavə et. Bir gecə saxladıqdan sonra gün ərzində 3 dəfə ½ stəkan iç. Müalicəni 2 ay davam etdir.
• Gülxətmi kökü, tozağacı yarpağı (ya da tumurcuğu), atgözü otu, qaxotu, ələf, pişikdili otu, ekvalipt yarpağı, mələkotu kökü, aslan pənçəsi otu, xəşəmbul otu, göyçəçiçək kökü, şüyüd toxumundan eyni miqdarda götürüb əz. Qarışıqdan 2 xörək qaşığı götürüb, içərisinə 0,5 litr qaynar su tökülmüş termosa əlavə edib, bir gecə saxla. Gün ərzində 4 dəfə 1/3 stəkan iç.
• 2 çay qaşığı moruq qurusundan götürüb, 1 stəkan qaynar suya tök. 10-15 dəqiqə saxladıqdan sonra 1 xörək qaşığı bal əlavə edib iç.
• Xəstəlik zamanı sinə ağrılarını kəsmək üçün lavandanı qaynadıb suyunu içmək məsləhətdir.
• Xəstəlik zamanı sinəyə nərgiz yağı sürtmək həm öskürəyi, həm də ağrını azaldır.
Ayın tapıntısı:
Polşa və İrlandiya əczaçıları müəyyən ediblər ki, sən demə, darçın ilə sarıkök qarışığı mədə və qida borusunda xərçəng hüceyrələrini öldürür. Onlar sübut ediblər ki, əgər sarıkök üzərində yaxşı araşdırma aparılsa, onda xərçəngin dərmanını tapmaq mümkündür.
Bilirsinizmi:
Hər gecə yatmazdan əvvəl bir-iki stəkan su içmək infarkt risqini azaldır.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE