1. Şorba
Şorba həm yüngül, həm də doydurucu qidadır. Bir boşqab vitaminlə zəngin şorbada 150-yə yaxın kalori var. Bunun üçün hətta iki boşqab şorba yesəniz belə qorxusu yoxdur.
2. Turş kələm salatı
100 qram kələmin tərkibi cəmi 19 kaloridir. Kələmin tərkibində yağ yoxdur və onun qəbulunda məhdudlaşma olmaya da bilər. Turş kələm həm də doydurucu effektə malikdir. Bu, tərəvəz maddələr mübadiləsini də yaxşılaşdırır. Onun tərkibi C, K,B vitaminləri ilə zəngindir. Kələm qrip və soyuqdəymə ilə yaxşı mübarizə üsuludur.
3. Yerkökü
Yerkökü azkalorili və faydalı tərəvəzlərdəndir. 100 qram kökdə 33 kalori var. Bir çox vitaminlər, minerallardan başqa onun tərkibi xərçəngin müalicəsi üçün falkarinol maddəsi ilə zəngindir. Daha yaxşı olar ki, kökü bişməmiş halda qəbul edəsiniz. Çünki bişən kök tərkibindəki vitaminlərin bir qismini itirir.
4. Qara turp salatı
Turpun faydalarına görə, onun spesifik dadını və qoxusuna dözmək olar. Turp mineral duzlar və müalicəvi efir yağları ilə zəngindir. O, bağırsağın işini tənzimləyir. Bir gündə 1-2 turp yemək məsləhətdir.
5.Yoqurt
Daha yaxşı olar ki, yoqurt alarkən onun azyağlı olasına diqqət edəsiniz. Bir qab azkalorili yoqurtda 130 kalori var. Ağatı məhsulunun tərkibində bütün orqanizmin işini yaxşılaşdıran maddələr var. Yoqurt immun sistemini gücləndirir. Yoqurtu hər gün yemək məsləhətdir. Amma 200 qramdan çox olmamaq şərti ilə.
6. Sitrus meyvələri
Bütün sitrus meyvələri az kalorilidirlər. Məsələn bir naringidə 40, portağalda və qreypfurtda 80 kalori var. Hər gün meyvə yeməklə kökəlmək olmaz. Sitrus meyvələrinin tərkibində А, С, Е kimi vitaminlər, faydalı maddələr var. Bu cür meyvələr orqanizmi cavanlaşdırır. Qreypfurt bədəndə olan kaloriləri əritməkdə də əhəmiyyətlidir.
7. Qoz və quru meyvələr
Əgər siz şokoladdan əl çəkə bilmirsinizsə, onu qoz və ya quru meyvə ilə əvəz etməyə çalışın. Bir qədər quru meyvədə 200 kalori və 15 qram yağ var. Bundan əlavə meyvə yod, vitaminlər qrupu ilə boldur. Məsələn, fındıq orqanizmdə yağın əridilməsinə kömək edən B5 vitamini ilə zəngindir ki, bu da diqqətin cəmləşdirilməsinə və iş qabiliyyətinin artırılmasına kömək edir. Qara gavalı stresdən qoruyur. Əncir həzmi asanlaşdırır və xərçəng hüceyrələrinin inkişafını yavaşladır. Qaysı bağırsağı təmizləyir.
Unutmayın ki, nə qədər faydalı olsalar da gündə 30-40 qramdan artıq quru meyvə yemək məsləhət deyil.
8.Çay
Artıq çəkidən azad olmaq istəyirsinizsə, kofeni çay ilə əvəz edin. Bir fincan südlü kofe 270, kapuçino isə 153 kaloridir. Gündə 2-5 fincan kofe içsəniz, bu rəqəmin nə qədər olacağını hesablamaq çətin deyil. Yaxşı olar ki, kofeni ot çayları ilə əvəz edəsiniz.
və ən əsası əziz xanımlar və bəylər istır arıq olaq istər kök əsas canımız sağ və salamat olsun, özümüzü qoruyaq



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE