
Üzr istəyərəm...
Həyatına girdiyim üçün
Səni çox sevdiyim üçün
Sənə bir ömürü bərabər tutduğum üçün
Üzr istəyərəm...
Saçlarının qoxusuna həsrət oyandığım üçün
Hər gecə səni düşünüb yatdığım üçün
Səndən daha gözəlini tapa bilmədiyim üçün
Üzr istəyərəm...
Sənə bu sevgidən daha aşağısını verə bilmədiyim üçün
Sənin istədiyin kimi yəni alçaqca sevə bilmədiyim üçün
Gözlərinə baxdığımda ürəyim titrədiyi üçün
Üzr istəyərəm...
Həyatından bir parça olduğum üçün
Səninlə keçən anlarda zamanı unutduğum üçün
Səni səndə tapdığım üçün
Üzr istəyərəm...
Hər gecə yuxu yerinə sənlə yatdığım üçün
Oyandığımda xəyal meyal səni gördüyüm üçün
Mən bu ömürdən imtina edib səni sevdiyim üçün
Üzr istəyərəm...
Günəşin doğuşunu sənin gülüşünlə bərabər tutduğum üçün
Batışını səninlə məhtab yoldaşlığında izlədiyimiz üçün
Həyatında bir dənə olduğum üçün
Üzr istəyərəm...
Adına şeirlər yazdığım üçün
Yanında özümdən keçdiyim üçün
Səni sevməklə cinayət törətdiyim üçün
Üzr istəyərəm...
Hər şeyi dahada qeyri-mümkünləşdirdiyim üçün
Gecələri səni düşünüb yata bilmədiyim üçün
Kor qaranlıqda belə mənə bir atəş olduğun üçün
Üzr istəyərəm...
Həyatımda bir gözəl anı/xatirə olduğun üçün
Şəkilinə baxdığımda ağladığım üçün
Eşq bizə qadağan olduğu üçün
Üzr istəyərəm...
Həyat bu qədər mərhəmətsiz olduğu üçün
Gülüşün dünyalara əvəz olduğu üçün
Məni məndən alib götürdüyün üçün
Üzr istəyərəm...



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE