Sinclair OS v.20120224 Multilingual (x86/2012)
Sinclair OS v.20120224 Multilingual (x86/2012)

Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
Ardı...

  • Sinclair OS v.20120224 Multilingual (x86/2012)
    Sinclair OS v.20120224 Multilingual (x86/2012)

    Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
    Ardi...

  • Optitex 11 11.0.663 (x86/Multi)
    Optitex 11 11.0.663 (x86/Multi)

    Optitex 11 11.0.663 (x86/Multi)Optitex 11 11.0.663 (x86/Multi) | 455 Mb In the modular system OptiTex...
    Ardi...

  • Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)
    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)

    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)Rosetta Stone 3.4.7 With 18 Languages...
    Ardi...

  • Ozi Explorer CE 2.19 & Maps
    Ozi Explorer CE 2.19 & Maps

    Ozi Explorer CE 2.19 & MapsOzi Explorer CE 2.19 & Maps | 3,89 Gb Ozi...
    Ardi...

Köhnə yazışmalar
Müəllifseher kuleyi-gunel
smile yaxsi saydi sadece dizayni biraz pisdi deyse ela olar
MüəllifIsmayilova Aysel
necesiz uwaqler

Söhbətə yazabilmək üçün qeydiyyat olun və ya
FaceBook İlə Giriş Et

İstifadəçilər: 

Qonaq

----------------------------------------------------------------------------------------
Yazdı Zuleyxa
Xəbər Paxıllıq
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Yazdı NANUW
Xəbər LovE
--------------------------------------------

Saytımızdan razısınız?
Bəli dada
Xeyir foo


Mesaj Yazdamla - salam  REAL MADRID - SALAM BURADA REAL MADRID VAR  NN - Hamini salamlayiram!  Zuleyxa - Salamlar men bugun qeyd oldum burda oz seirlerimi yazmaq isteyirem amma alinmir bunu nece edim?bilen varsa mene zehmet olmasa komek etsin olar?  Yusifli Adil - Salam hamınızın bayramını təbrik edirəm neçə belə illərə!!!  

Kaş Mən ağlayanda susaydı Yağış

  • 7-02-2010, 15:53
  • |
  • Müəllif:MILASHKA_
  • |
  • Baxılıb:868
 (səs sayı: 2)
Kaş Mən ağlayanda susaydı Yağış

Adi günlərdən biriydi. Həmişəki kimi internetə daxil olub yeniliklər axtarırdım. İnsanlarla ünsiyyət qurmaq üçün nik açdım özümə. Hər şeydə o nikdən başladı. Əvvəldən oğlanla qızın dostluğuna inanmırdım. Amma risk etmək istədiyim üçün mənə dostluq təklif edən bir insanla tanış oldum. İlk yazıdan nə iləsə fərqlənirdi. Başqa insanlar kimi şablon sözlərdən və suallardan istifadə etmirdi. İndi düşünürəmki bəlkədə məhz bu cəhət məni ona cəzb edib. Tanışlığımız ilk gündən mövzular ətrafında olan fikirlərimizdən başladı. Söhbət etdikcə mənə elə gəlirdiki səmimi deyil mənlə. Çünki nə fikirləşirdimsə mənlə razılaşırdı. Gündən-günə söhbətimiz daha da maraqlı olurdu. Artıq sagollaşıb yatandada danışdıqlarımızı beynimdə götür qoy edirdim. Hətta elə olurduki nəsə sözlər, zarafatlar yadıma düşürdü harda olmağımdan asılı olmayaraq üzümdə təbəssüm yaranırdı. Evə tələsirdimki onunla söhbət edim. Çox bağlanmışdım. Görüşmək qərarına gəldik. Həmin günün gəlməsini səbirsizliklə gözləsəmdə içimdə həyəcan məni boğurdu. Sanki dostumla yox sevdiyim insanla görüşə gedirdim. Görüş günü yağış durmadan yağırdı. Özümdən asılı olmadan "Eh yağışda yağmağa vaxt tapdı" deyib deyinirdim.

Nə biləydimki həmin yağış ürəyimdə sevgi toxumu cücərdəcək.

Görüşərkən yağış bizə həyəcanı bələ unutdurmuşdu. Yağış damlaları gözlərimdən yanagıma axdıqca gülümsünürdü "məni görüb sevindiyindən ağlayırsan"ki deyə zarafat edirdi. Ayrılıb evə gəlsəmdə siması, dediyi sözləri ağlımdan getmirdi. Sanki dahada darıxırdım onsuz. Hər sözümün başlığında da ,sonunda da Dostumuydu.

Özümdə hiss etmədən sevgi yarandı qəlbimdə.

Bu hissi məhv etmək istəsəmdə,gün-gündən o məni məhv edirdi. Tək Allahımla bölüşdüyüm sirri artıq qəlbimdə saxlaya bilmirdim. Dost dediyim insana artıq dost deməyə belə utanırdım. Daha dözə bilməyib ürəyimdən keçənləri məktubla email adresinə göndərməyi qərara aldım. Kənarda yazdığım sözləri ünvanı açıb göndərmək istəyəndə mənə ondan məktub gəlmişdi. Sevinə-sevinə açıb oxumaq istəyərkən bütün xəyallarım puç oldu. Dostum başqa birinə vurulmuşdu. Məni dost bildiyi üçün sevincin ilk olaraq mənlə bölmüşdü. Hec nəyi dəyişmək mümkün deyildi. Günlərcə duyduğum sevgidən yatmayıb, yeyib-içmədiyim halda indi mən nə edim deyə yuxusuz qalırdım. Son fikir ayrılığı seçdim. Dostumla son dəfə görüşmək istəyirdim. O isə bundan xəbərsiz "yaxşı görüşək həmdə sənə sevdiyimdən danışım" deyirdi. Allahın qismətindən yağış damlaları yenə gözlərimdən yanağıma süzülürdü. Heçnə danışa bilmirdim. Hıçqırıqlarım duyulmasın deyə susurdum. Zarafatından yenə qalmırdı."Yağış yanaqlarını yenə isladıb amma daha ağlamırsan" dedi. Son görüşümü bəhanələrlə bitirdim. Ağlaya ağlaya evə daxil olub məktub yazmaq istədim. Ürəyimdən keçənləri sadəcə bir cümləylə yazdım...

KAŞ MƏN AĞLAYANDA SUSAYDI YAĞIŞ...


8Şərhlər
Alfa85
  • 7 Fevral 2010 16:00 | Super Redaktor
  • Alfa85
Lap ureyimi agratdin Fidan
Sag ol

--------------------
Miss_S
  • 7 Fevral 2010 16:06 | Active User
  • Miss_S
Qiz nahaqq gecikdirib de.. Amma ne bileydi?! Ne ise maraqlidi!! Cox sag ol!!
Anya
  • 8 Fevral 2010 10:21 | VIP user
  • Anya
oyda dəhşət allah uzaq etsin ele sevgini amma mende tersine oldu.dostum mene sevgi etiraf etdi ve bununlada dostumu itirdim hemiselik bagisla

--------------------
FrencaseS
  • 8 Fevral 2010 14:05 | Professional
  • FrencaseS
sozun duzu HEKAYE TESIR ETDI MENE. BILMIREM, MEN OBICNO BELE SEYLERIN TESIRINE DUSMUREM , AMMA NESE TUTDU MENI.
Mence qizin hec bir gunahi yoxdur, o her halda birinci deye bilmez, bu heaytin yazilmamis qanunudur. amma Oglan duz etmeyib. neyse olur bele seyler, fikri vermiyek((
bagisla

he birdeki xebere gore thanks, maraqli idi. cumle cumle oxudum

--------------------
Sweet_girl
Görüşərkən yağış bizə həyəcanı bələ unutdurmuşdu. Yağış damlaları gözlərimdən yanagıma axdıqca gülümsünürdü "məni görüb sevindiyindən ağlayırsan"ki deyə zarafat edirdi. Ayrılıb evə gəlsəmdə siması, dediyi sözləri ağlımdan getmirdi. Sanki dahada darıxırdım onsuz. Hər sözümün başlığında da ,sonunda da Dostumuydu.
tesekkurler cox maraqlidi

--------------------
Hector
  • 9 Fevral 2010 10:29 | Active User
  • Hector
Təşəkkürlər maraqlı idi. Hər bir işdə xeyir var.Allah(c.c.) "OL" demediyi şey heç vaxt olmaz.

--------------------
Melekler_meleyi
bu hekayeni oxumuwdum...tesirlidi...tewekkurler...
asi_nuride
bu hekayeni bilirdim, yinede twk-ler

--------------------
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!