İrəvan xanligi
Irəvan xanlığı - 1747ci ildə Nadir şah Afşarın ölümündən sonra əsası qoyulmuş müstəqil Azərbaycan Türk xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır Vilayətini əhatə etmişdir. 1828-ci ildə Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.
İrəvan xanlığının 1800-cü il xəritəsi

Mündəricat
Azərbaycanşünaslıqda İrəvanın XVI əsrdə salındığı göstərilir. Tədqiqat nəticəsində müəyyənləşdirmişik ki, İrəvanın adı VII əsrdə çəkilir. Deməli, İrəvan VII əsrdən əvvəl mövcud olub. İrəvan tarixini Rəvan sözü ilə də bağlayırlar. Əslində İrəvan qədim Türk dilində "igid" mənasında işlənən ər sözünün fonetik variantı olan "ir" sözü ilə Urartu dilində "ölkə" mənasında işlənən "evan" sözünün dəyişdirilmiş forması olan "əvan" sözündən yaranıb.
Əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulan İrəvan xanlığı Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları və Qarabağ xanlığı il həmsərhəd olub. Xanlığın mərkəzi İrəvan şəhəri olub. Mənbələrə görə İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur. Yarandığı ilk illərdə gürcülərin qarətçi hücumlarına məruz qalan xanlığın sonralar digər xanlıqlarla münasibətləri möhkəmlənir və nəticədə gürcülərin hücumlarından özünü qoruya bilir. Sonralar gürcülərin əli ilə iki dəfə hakimiyyət çevrilişi edən Çar Rusiyası ermənilərlə bağlı planlarını Osmanlı İmperiyası ilə başlamış müharibəyə görə təxirə saldı. 1780-ci illərdə xanlıq Xoy, Avar və Qarabağ xanlıqlarının hücumlarına məruz qalır. Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimal xanlıqlarına hücum edərkən İrəvan xanlığını da işğal edir. Lakin xanlıq 1797-ci ildə yenidən müstəqillik qazanır. Bu dəfə də Rusiyanın hücumu İrəvan xanlığının müstəqilliyini sual altına aldı. Lakin Türkiyə ilə müharibənin yenidən başlaması Çar Rusiyasının işğal etdiyi torpaqlarla qane olub İran*la Gülüstan sülh müqaviləsi*ni bağlamağa məcbur edir. II Rusiya- İran müharibəsi zamanı 1827-ci il oktyabrın 1-də İrəvan xanlığı ruslar tərəfindən işğal edilir.
Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə siyasəti
İrəvan Xan Sarayı. Rəsm 19-cu əsrin əvvəllərinə aiddir
II Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində Türkmənçay sülh müqaviləsi imzalanması ilə başa çatır. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövləti ölkə ərazisində yaşayan erməni mənşəli əhalinin Cənubi Qafqaz*a hərəkətinə mane olmamalıydi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürülürlər. İlk vaxtlar erməni ailələri əsasən Qarabağ*a, Şəki*yə, Naxçıvan*a, İrəvan*a, Göyçə*yə və Şamaxı*ya köçürülür. Təkcə 1828-ci ilin sonunda Bərdə*də mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.
Q. D. Lazarev, İ. F. Paskeviç və s. rus generalları ermənilər daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başlanır. Buna görə də köçürmə siyasətinin təşkili və planlı şəkildə həyata keçirilməsi üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə yaradılır. 1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi İrəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradılır.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE