Yaponiyanın “Fujitsu” şirkəti sözün əsl mənasında iki hissəyə bölünə bilən qeyri-adi mobil telefon təqdim edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, slayder formasında hazırlanmış telefon adi modellərdən fərqli olaraq, daha çox açılır, yəni arxa panel ön paneldən aralanaraq telefon iki hissəyə “parçalanır”.
Belə vəziyyətdə istifadəçiyə internetdə daha rahat işləmək üçün “QWERTY” klaviatura təqdim olunur. Aparatın üst paneli özündə 3,4 düymlü sensor ekranı əks etdirir. Telefon hər iki hissəsi “Bluetooth” modulları ilə təmin olunub ki, bunların köməyi ilə aralanan bölmələr arasında əlaqə saxlanılır. Hissələr maksimal olaraq 10 metrdən bir-biri ilə işləyə bilir.
Bu telefonda müasir audio və video formatlarla işləmək mümkündür. Mikrofon və dinamiklər aparatın hər iki hissəsində yerləşdirilib, buna görə də hissələrin hər biri ilə daxil olan zəngləri qəbul etmək mümkündür.
Nömrə yığımını həmçinin sensor ekran və ya alt paneldəki düymələrlə həyata keçirmək olar. Bundan əlavə yeni telefon çoxistifadəlidir, yəni burada bir istifadəçi zəng edə, digəri isə elektron poçtla işləyə və ya mobil oyun oynaya bilər. “Fujitsu”nun bu qeyri-adi telefonunun xüsusiyyətləri arasında həmçinin 12,2 meqapikselli kameranı da qeyd etmək lazımdır.
2010-cu ilin aprel ayında satışa çıxarılacaq yeni mobil telefon əvvəlcə Yaponiyanın “NTT DoCoMo” mobil operatorunun şəbəkələrində satılacaq.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE