Alanya Aralıq dənizində Anadolu yarımadasının Antalya Körfəzinin şərq sahilində antik çağdan qalma bir yerdir. Toros dağlarının ətəyindəki həmin bu yerin Aralıq dənizində 100 kilometrdən artıq sahili var.
Hal hazırda Alanya türk turizminin göz bəbəyi sayılır.
Tarixçəsi.
Alanyanın ilk mənimsənilməsi ilə bağlı dəqiq bir məlumat yoxdur. Prof Dr Qılınc Köktenin 1957-ci ildə şəhər mərkəzinə 12km uzaqlıqda yer alan Kadıini Mağarasında apardığı axtarışlar, bölgə tarixinin Üst Paleolit (B.Ə.20,000,-17,000,) dövrünə qədər uzandığını göstərməkdədir.
Alanyanın ilk dəfə nə vaxt və kimlər tərəfindən qurulduğu hələlik bilinməməkdədir. Şəhərin bilinən ən köhnə adı Korakesium dur. Bizans dövründə isə Kalanoros adı verilmişdir. XIII əsrdə də Anadolu Səlcuq Hökmüdarlarından 1-ci Ələddin Keyqubadın (1200-1237) qalanı alması ilə şəhərin adını Alaiyə olaraq dəyişdirmişdir. 1935-ci ildə Şəhəri ziyarət edən Atatürk isə Alanya adını vermişdir. (Korekesiumdan İlk dəfə bəhs edən B.Ə. IV əsr antik coğrafyaçılarından Scylaxdır. Bu dövrdə bölgə Anadolunun önəmli bir hissəsini ələ keçirən Perslərin tabeliyindədir. Daha sonra məhşur antik dövr yazarı Strabon, Piri Rəis, Səyyəp, İbn-i Batuta və Övliya Çələbi bölgəni gəzən səyyahlar olub əsərlərində şəhərdən bəhs etmişlər.
Bölgənin Bizans dövründəki tarix haqqındaı geniş məlumatımız yoxdur.VII əsrdə ərəb axınları zamanı şəhər müdafiəsi daha da önəm qazanmış, axınlara karşı qorunmaq məqsədilə qala inşalarına üstünlükl verilmişdir.Bu səbəbdən Alanya və ətrafındakı bir çox qala ve kilisələrin tarixi VI - VII əsrlərə aiddir.
Anadolu Səlcuq hökmüdarlarından I Keyqubad, Alanya qalasında hökm sürən və xristiyan sülalələrindən olan Kyr Vartı 1221-ci ildə məğlubiyyətə uğradaraq qalanı ələ keçirmişdir. Hökmüdar öz adına burada bir saray tikdirmişdir.Səlcuqlar paytaxt Konyadan sonra buranı ikinci paytaxt hesab edirdilər və buranı qışlaq kimi istifadə edirdilər.
1243-cü ildə Monqol hücumları, 1277-cildə Misir Məmlüklərinin Anadoluya girmələri Səlcuqları zəiflətmiş, 1300-cü ildə Səlcuq dövləti parçalanmış və bölgə Qaramanoğulları tərəfindən beşmin qızıl qarşılığında Məmlük Sultanına satılmış daha sonra 1471-ci ildə Fatih Sultan Mehmet zamanında Osmanlı Dövlətinin sərhədləri daxilinə alınmışdır.
Alanya, Tarsus ilə birlikdə 1571-ci ildə Kipr əyalətinə birləşdirilmiş,1864-ci ildə isə,Konya vilayətinin sancağı olmuştur. 1868-ci ildə Antalyaya birləşdirilmiş, 1871-ci ildə bu Elin mahalı olmuşdur.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE