İnsanlar nə qədər çox internetdə otururlarsa, bir o qədər də özlərini bədbin hiss edirlər. İngiltərə alimləri keçirdiyi psixoloji tədqiqatlardan sonra bu qənaətə gəliblər. İngiltərədəki Lids şəhərinin universitetinin psixoloqları dünya şəbəkəsi üzrə anket yayıblar, internetdən asıllığın səviyyəsini öyrənməyə çalışıblar, nə qədər nsanlar özlərini xoşbəxt və bədbin hiss edirlər. Bu sorğuda şəbəkədən istifadə edən 15 yaşdan 51 yaşa qədər insan 1319 iştirak edib. Tətqiqat qrupun rəhbəri Katriyona Morrison qeyd edir: “Depressiya səviyyəsi nə qədər çox internet qarşısından keçirilən vaxtın miqdarından asılı olub. Bizim tədqiqatlar göstərir ki, depressiya internetdən çox istifadə etməklə bağlıdır. Bilmirik, bu nədən asılıdır? İnternet insanları cəlb edir, yoxsa əksinə. Depressiyanın səbəbi internetdirmi? Bu münasibətin köklərini araşdırıb səbəblərini tapmalıyıq” Sorğuda iştirak edən insanlardan 18 nəfəri xüsusi qeyd edib ki, bunlar internetdə daha çox vaxt keçirir. Onlarda depressiyaya düşmək səviyyəsi başqalarına nisbətən 5 dəfə çox olub. Bu bir daha göstərir ki, internetdən səmərəli və qədərində istifadə etmək lazımdır.
Hec kim kecmisini satın alacaq qədər zəngin deyil !
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE