Toyundur Bu Gun
Zəng edib dedilər - toyundur bu gün,
Döyündu ürəyim nakam sevgiylə.
Bir ürəkdə yas qurub, birində düyün,
Evlənmək olarmı başqa biriylə?
Qapımı çalırlar açıram ki, sən,
Halallıq almaqçun geri gəlmisən.
Baxırsan gözümə həmin baxışla,
Gəldiyin gün ömrümə yağan yağışla.
Yağış yağırdı o gün, çətirsizdim mən
Uzadıb çətirini yaxınlaşdın sən.
Gülümsəyib təqdim etdin özünü.
Unutmadım bil ki, o dediyin ilk sözünü...
Gecdir daha sən niyə geri gəlmisən?
Məni toyunamı dəvət edirsən?
Son dəfə əlimi sıxıb deyirsən
Gedə bilmirəm deki, mənsiz xoşbəxtsən.
Düşünürəm nə deyim son dəfə sənə,
Allahım, bu ən böyük cəzadır mənə.
Xoşbəxt ol, uğurlar yolundan qalma.
Unut məni bir daha yadına salma!
Səsləyirlər səni, geri dönürsən.
Axan ulduz kimi sən də sönürsən.
Bağlayıb qapını fikrə dalıram,
Olanları təkbətək yada salıram.
Fələkmi qoymadı vusala çataq?
Niyə belə gətirdi, niyə olmadı?
Ayrı-ayrılıqda kaş xoşbəxt olaq.
Ömür badələrimiz birgə dolmadı ...
Zəng edib dedilər - toyundur bu gün,
Döyündu ürəyim nakam sevgiylə.
Bir ürəkdə yas qurub, birində düyün,
Evlənmək olarmı başqa biriylə?
Qapımı çalırlar açıram ki, sən,
Halallıq almaqçun geri gəlmisən.
Baxırsan gözümə həmin baxışla,
Gəldiyin gün ömrümə yağan yağışla.
Yağış yağırdı o gün, çətirsizdim mən
Uzadıb çətirini yaxınlaşdın sən.
Gülümsəyib təqdim etdin özünü.
Unutmadım bil ki, o dediyin ilk sözünü...
Gecdir daha sən niyə geri gəlmisən?
Məni toyunamı dəvət edirsən?
Son dəfə əlimi sıxıb deyirsən
Gedə bilmirəm deki, mənsiz xoşbəxtsən.
Düşünürəm nə deyim son dəfə sənə,
Allahım, bu ən böyük cəzadır mənə.
Xoşbəxt ol, uğurlar yolundan qalma.
Unut məni bir daha yadına salma!
Səsləyirlər səni, geri dönürsən.
Axan ulduz kimi sən də sönürsən.
Bağlayıb qapını fikrə dalıram,
Olanları təkbətək yada salıram.
Fələkmi qoymadı vusala çataq?
Niyə belə gətirdi, niyə olmadı?
Ayrı-ayrılıqda kaş xoşbəxt olaq.
Ömür badələrimiz birgə dolmadı ...



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE