Sinclair OS v.20120224 Multilingual (x86/2012)
Sinclair OS v.20120224 Multilingual (x86/2012)

Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
Ardı...

  • Sinclair OS v.20120224 Multilingual (x86/2012)
    Sinclair OS v.20120224 Multilingual (x86/2012)

    Sinclair OS v.20120224 Multilingual (x86/2012)Sinclair OS v.20120224 Multilingual (x86/2012) | 3,25 Gb SinclairOS - Operating...
    Ardi...

  • Optitex 11 11.0.663 (x86/Multi)
    Optitex 11 11.0.663 (x86/Multi)

    Optitex 11 11.0.663 (x86/Multi)Optitex 11 11.0.663 (x86/Multi) | 455 Mb In the modular system OptiTex...
    Ardi...

  • Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)
    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)

    Rosetta Stone 3.4.7 With 18 Languages & Audio Companions (Win/Mac)Rosetta Stone 3.4.7 With 18 Languages...
    Ardi...

  • Ozi Explorer CE 2.19 & Maps
    Ozi Explorer CE 2.19 & Maps

    Ozi Explorer CE 2.19 & MapsOzi Explorer CE 2.19 & Maps | 3,89 Gb Ozi...
    Ardi...

Köhnə yazışmalar
Müəllifseher kuleyi-gunel
21 May 2012
smile yaxsi saydi sadece dizayni biraz pisdi deyse ela olar
MüəllifIsmayilova Aysel
21 May 2012
necesiz uwaqler
MüəllifIsmayilova Aysel
21 May 2012
salam dada

Söhbətə yazabilmək üçün qeydiyyat olun və ya
FaceBook İlə Giriş Et

İstifadəçilər: 

Qonaq

----------------------------------------------------------------------------------------
Yazdı Zuleyxa
Xəbər Paxıllıq
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Yazdı NANUW
Xəbər LovE
--------------------------------------------

Saytımızdan razısınız?
Bəli dada
Xeyir foo


Mesaj Yazdamla - salam  REAL MADRID - SALAM BURADA REAL MADRID VAR  NN - Hamini salamlayiram!  Zuleyxa - Salamlar men bugun qeyd oldum burda oz seirlerimi yazmaq isteyirem amma alinmir bunu nece edim?bilen varsa mene zehmet olmasa komek etsin olar?  Yusifli Adil - Salam hamınızın bayramını təbrik edirəm neçə belə illərə!!!  

Rənglər haqqımızda nə deyir?

  • 30-03-2010, 15:03
  • |
  • Müəllif:Alfa85
  • |
  • Baxılıb:817
 (səs sayı: 1)
Rənglər haqqımızda nə deyir?




Hər bir insanın geyimdə, interyerdə, avtomobil rəngində sevdiyi bir, iki və ya üç rəngi olur. Rəngin insanda yaratdığı xoş və pis təəssürat günün saatına görə fərqli olur. Amma hər halda üstünlük verdiyiniz rəng xarakteriniz haqqında çox şey deyə bilər.

QARA


Qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq həmişə dayanmadan irəliyə doğru gedirlər. Onlarla münasibətdə mütləq idarəolunmaz emosiyalarla rastlaşacaqsınız, hətta vaxtaşırı mübahisələrə də cəlb oluna bilərsiniz.

BOZ

Boz rəngi sevənlər ən çətin problemləri belə həll etmək qabiliyyətinə malikdirlər. Dəqiq elmlərdən və texnikadan yaxşı anlayışları var. Hər şeydə qayda-qanunu xoşlayır, hətta düşüncələrində belə nizam-intizam olur. Bu insanlar sizə darıxdırıcı gələ bilər, lakin onlara həmişə güvənə bilərsiniz. Çünki çətin anlarınızda mütləq kömək əlini uzadacaq, sizi heç vaxt tək qoymayacaqlar. İntim həyatlarında açıq-saçıqdırlar. Həyatda ən çox problemlərdən qorxurlar və rastlaşmamaq üçün müxtəlif bəhanələrlə aradan çıxırlar. Boz rəngi seçənləri, adətən soyuqluqda günahlandırırlar, amma bu yanlış fikirdir, sadəcə onlar həddən artıq cəsarətsizdirlər.

QƏHVƏYİ

Qəhvəyi rəngi xoşlayan insanlar xasiyyətcə təmkinli olurlar. Ancaq düşünülmüş addımlar atır, tənhalığı səs-küylü kampaniyalardan üstün tuturlar. Onlar münasibətdə çox ciddi, həyatda dözümlü və qənaətcil olurlar. Hakimiyyətdə olmağı sevir və ona can atırlar. Bu insanlar üçün ən əsası ayaqda möhkəm durmaqdır. Məhəbbətdə aktiv olur, vaxtlarının çox hissəsini sevgiyə həsr edirlər. Ətrafdakılara parlaq təsir bağışlamasalar da, onlara güvənmək olar. Dünyəvi problemlər üzərində düşünməyə meyillidirlər, qarşılarına qoyduqları məqsədə nə olur-olsun çatmağa can atırlar. Bu rəngi, adətən kamil insanlar seçirlər.

YAŞIL

Yaşıl rəngi sevənlər tərs və inadkar olurlar. «Yaşıl» adam həyatını maddi baxımdan təmin etməyə can atır. Onlar qapalı və israrlı olmaları ilə fərqlənir, başqalarının enerjisini boğurlar. Şəxsi həyatları çox böyük önəm daşıyır və istənilən müvəffəqiyyətsizliyə olduqca kəskin reaksiya verirlər. İstənilən çətinliyi aşmağa qadirdirlər və kənardan onlara təsir etmək olduqca çətindir. Həyata baxışlarında o qədər sərt, prinsipial olurlar ki, başqalarının da fikirlərinə hörmətlə yanaşmağı öyrənsələr yaxşıdır. Özlərini hərdən ətrafdakıların yerinə qoysalar, əsl dost tapa bilərlər, çünki dost cəhətdən bəxtləri gətirmir.

QIRMIZI


Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Adətən qırmızı rəngi Mars planetinin rəngi ilə uyğunlaşdırır, müharibə, dava simvolu kimi insanlara da aid edirlər.

ÇƏHRAYI

Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.

SARI

Sarı rəngi sevənlər möhkəm iradəyə malik, öz güclərini toplayaraq bir hədəfə yönəltməyi bacaran insanlardır. Onlar elmdə də, kamera qarşısında da yüksək nailiyyətlər əldə etməyə qadirdirlər. Çox işləyə bilirlər, ancaq istirahəti də zövqlə edirlər. «Sarı» adam açıq, həyatı parlaq anlarla dolu olan biridir. Ağıllı, hissiyyatlı, bütün varlığı ilə xoşbəxt olmağa can atandırlar. Əliaçıqdırlar, ətrafdakılar həvəslə onlara can atırlar. Ancaq bununla belə, dözüm, səbir və inadkarlıq da onlara xas olan xüsusiyyətlərdir. Çox hallarda onları əhatə edən insanlarda paxıllıq hissləri oyadırlar.

GÖY

Göy rəngi seçənlər səyahət etməyi, dünyagörüşlərini artırmağı xoşlayırlar. Göy rəng artistlərin rəngidir, sənətləri artistlik olmasa belə. Bu insanlar həyatı sevir, müxtəlif rollarda oynayır, uğur qazanmağı xoşlayır və bir qayda olaraq buna asanlıqla nail olurlar. Əgər gördükləri iş ürəklərincə olarsa, böyük uğurlar qazanırlar. Tənhalığa dözə bilmirlər, ətraflarında boşluq yaranarsa, çox əzab çəkirlər. Təbiətən ünsiyyət qurmağı bacarırlar, qurban etməyə meyillidirlər, lakin əvəzində də qurban tələb edirlər. Qalib gəlməyi xoşlayırlar və bu uğurlarıyla hərdənbir lovğalanmağı da eyib saymırlar.



Ağ rəngi xoşlayan insanların təxəyyülü çox inkişaf etmiş olur. Onlar özlərindən gözəl nağıl quraşdırır və bu nağıla inanaraq yaşaya bilirlər. Xəyallarındakı şahzadəni ömrü boyu axtara bilərlər. İnsanların çətin anlarında dərdlərinə şərik olur, ancaq bunu özlərinə dərd etmirlər. Bu rəngi xoşlayanlar parapsixoloji və ekstrasensor xüsusiyyətlərə malik olmaqla yanaşı, narkotik asılılığa da meyilli ola bilərlər. Pessimistlər və skeptiklər (hər şeydən şübhələnən adam) bu rəngdən qaçırlar. Həyatda nədənsə narazı qaldıqda, səs-küylü kampaniyalardan uzaq durur, tək qalmağa çalışırlar.



8Şərhlər
çiyelek
  • 30 Mart 2010 10:43 | Active User
  • çiyelek
teşekkürler. maraqli xeberidi. meim sevdiyim qehveyi, cehrayi, birde goy
Nisa
  • 30 Mart 2010 11:25 | Active User
  • Nisa
tesekkur xebere gore.Maraqli idi.Men butun rengleri sevirem en coxda yasil ve goy

--------------------
peqas_173
QARA
Qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq həmişə dayanmadan irəliyə doğru gedirlər. Onlarla münasibətdə mütləq idarəolunmaz emosiyalarla rastlaşacaqsınız, hətta vaxtaşırı mübahisələrə də cəlb oluna bilərsiniz.

İnanin əvvəllər sakit bir adam idim... indi lap idare eliye bilmirem özümü ... elə dava dava diyirem ... Bu rənglərə olan acıqlamanı oxuyanda ise dedim ki, de ala ... bu da mən ....


--------------------
Gulya
  • 30 Mart 2010 14:24 | Administrator
  • Gulya
cox sag ol maraqli idi!
heyat111
  • 30 Mart 2010 18:46 | Active User
  • heyat111
maraqli idi tewekkurler, ellerinesa

--------------------
Anya
  • 30 Mart 2010 20:25 | VIP user
  • Anya
Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcə
;klər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Adətən qırmızı rəngi Mars planetinin rəngi ilə uyğunlaşdırır, müharibə, dava simvolu kimi insanlara da aid edirlər.



Ağ rəngi xoşlayan insanların təxəyyülü çox inkişaf etmiş olur. Onlar özlərindən gözəl nağıl quraşdırır və bu nağıla inanaraq yaşaya bilirlər. Xəyallarındakı şahzadəni ömrü boyu axtara bilərlər. İnsanların çətin anlarında dərdlərinə şərik olur, ancaq bunu özlərinə dərd etmirlər. Bu rəngi xoşlayanlar parapsixoloji və ekstrasensor xüsusiyyətlərə malik olmaqla yanaşı, narkotik asılılığa da meyilli ola bilərlər. Pessimistlər və skeptiklər (hər şeydən şübhələnən adam) bu rəngdən qaçırlar. Həyatda nədənsə narazı qaldıqda, səs-küylü kampaniyalardan uzaq durur, tək qalmağa çalışırlar.


hə bular vallah düzdüye çoxu uyğun gəldi

--------------------
FrencaseS
  • 30 Mart 2010 21:01 | Professional
  • FrencaseS
YAŞIL

Yaşıl rəngi sevənlər tərs və inadkar olurlar. «Yaşıl» adam həyatını maddi baxımdan təmin etməyə can atır. Onlar qapalı və israrlı olmaları ilə fərqlənir, başqalarının enerjisini boğurlar. Şəxsi həyatları çox böyük önəm daşıyır və istənilən müvəffəqiyyətsizliyə
olduqca kəskin reaksiya verirlər. İstənilən çətinliyi aşmağa qadirdirlər və kənardan onlara təsir etmək olduqca çətindir. Həyata baxışlarında o qədər sərt, prinsipial olurlar ki, başqalarının da fikirlərinə hörmətlə yanaşmağı öyrənsələr yaxşıdır. Özlərini hərdən ətrafdakıların yerinə qoysalar, əsl dost tapa bilərlər, çünki dost cəhətdən bəxtləri gətirmir.


hec de razi deyilem

--------------------
Alein
  • 31 Mart 2010 10:03 | Administrator
  • Alein

QIRMIZI

Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcə
;klər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Adətən qırmızı rəngi Mars planetinin rəngi ilə uyğunlaşdırır, müharibə, dava simvolu kimi insanlara da aid edirlər.

--------------------
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.
Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!