Ən bahalı otel otaqları
Bu mehmanxanaların otaqlarında qalmaq minlərlə avroya başa gəlir
İngiltərənin “Telegraph” qəzeti dünyanın ən lüks və ən bahalı otel otaqlarının siyahısını hazırlayıb. Bu otellərin otaqlarında qalmaq minlərlə avroya başa gəlir.
1.“İmperator suiti”- ”Park Hyatt Vendome” Paris - 210 kvadrat metr eyvanı, yemək otağı, bar, sauna və masaj masası var. Bir gecəsi 9 min 865 avro.
2.“Royal suit” - “Four Seasons George V” Paris - əntik mebel, mərmər giriş, şəxsi ofis, makiyaj otağı, sauna. Gecəsi 10 min 185 avro.
3.“Kral Suit” - “Le Richemond” Cenevrə - mozaika, güllə keçirməz pəncərələr, Alp dağlarına baxan teras. Gecəsi 11 min 120 avro.
4. “Kral Suit” - “Burc Əl Ərəb” Dubay – mərmər döşəmə, şəxsi kinoteatr, fırlanan yataq, müəyyən ödəmə müqabilində “Rolls Royce” və ya helikopter xidməti. Gecəsi 11 min 435 avro.
5. “Ritz Carlton Suit” - “Ritz Carlton” Moskva – piano, kitabxana, gündə 5 dəfə yemək, Qırmızı meydana mənzərə. Gecəsi 11 min 570 avro.
6. “Bridge Suit” - “Atlantis Resort” Baham adası - 10 otaq, xidmətçi, aşbaz, mərmər hamam. Gecəsi 15 min 890 avro.
7. ”Kral Suit” - “President Wilson” oteli Cenevrə - 4 otaq, 6 hamam, 40 nəfərlik salon, güllə keçirməz şüşələr. Gecəsi 20 min 975 avro
8. “Ty Warner Suit” - “Four Seasons” Nyu-York - 360 dərəcə mənzərə, piano, 9 otaq, xidmətçi. Gecəsi 21 min 580 avro.
9.”Hugh Hefner” villası, “Palms Casino Resort” ABŞ - Las Veqasa mənzərəsi olan cakkuzi, xidmətçi, fırlanan yataq, aynalı tavan, poker masası. Gecəsi 25 min 380 avro.
10. “Kral villa”sı - “Grand Resort Lagonissi” Afina – sauna, hovuz, şəxsi çimərlik, açbaz, xidmətçi, piano və piyanoçu. Gecəsi 31 min 725 avro.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE