Populyar müğənni Natavan Həbibi mayın 5-də Dövlət Opera və Balet teatrında keçiriləcək “Best of the Best” (Yaxşıların yaxşısı) mükafatının təqdimat mərasiminə aparıcılıq edəcək. Layihənin rəhbəri və quruluşçu rejissoru Nail Naiboğlunun ANS PRESS-ə verdiyi məlumata görə, Natavan Həbibi ilə bərabər əməkdar artist Əkbər Əlizadə də bu missiyanı üzərinə götürüb. Onun sözlərinə görə, Natavan bu işə həvəslə razılıq verib. Rejissor Əkbərlə Natavanın səhnədə dil tapa biləcəyini düşünür:
"Əkbər peşəkar aktyor və dövlət tədbirlərinin aparıcısıdır. Natavan Həbibi isə yetərincə peşəkar və sevilən müğənnidir".
Qeyd edək ki, “Best of the Best” mükafatı ötən il Azərbaycan üçün xeyirli işlər görmüş, dəyərli layihələrə imza atmış kəslərə təqdim olunacaq. Gecədə xanəndələr Alim və Fərqanə Qasımovalar, xalq artisti Faiq Aqayev, əməkdar artist Fidan Hacıyeva, müğənni Röya, Manana, Zamiq, İzzət, Aysel Teymurzadə, Yeganə və başqaları iştirak edəcək. Gecənin qonağı isə tanınmış türk müğənnisi Orxan Ölməz olacaq. Müğənni son “Damla-damla” albomunda yer alan mahnılarla yanaşı, hit mahnılarını da ifa edəcək.
Tədbirin təşkilatçısı “Həftə içi” qəzetidir.

Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE