
İNDİKİ EŞQLƏRDƏ VİTAMİN OLMUR
Ayrılığın səhnəsində görüşürük,
Qarşımda dayanmısan
Baş rolları bölüşürük...
Əllərində səbəblərin,
Gözlərində bəhanələr,
Dilində əzbərindən yalan sözlər,
Ürəyinsə məndə qalıb...
Qorxursan...
Elə bilirsən həsrətindən
Divanəlik eşqinə düşüb,
Qız qalasından üzü aşağı atılaram.
Əsla!
Onlar nağıllarda qaldı
“Canını sıxma mənə görə.”
Ölüm deyil ayrılıq,
Unutmağa başladım belə
Onsuz da deyirlər…
İndiki eşqlərdə vitamin olmur,
Saxlanma müddəti bir aydır.
Atacağam qəlbimin bir küncünə,
Bir ay duzlu göz yaşlarımda təzə qalacaq…
Sonra elə qəlbimin bir küncündəcə,
Zaman-zaman çürüyüb yox olacaq...
Ayrılığın səhnəsində görüşürük,
Qarşımda dayanmısan
Baş rolları bölüşürük...
Əllərində səbəblərin,
Gözlərində bəhanələr,
Dilində əzbərindən yalan sözlər,
Ürəyinsə məndə qalıb...
Qorxursan...
Elə bilirsən həsrətindən
Divanəlik eşqinə düşüb,
Qız qalasından üzü aşağı atılaram.
Əsla!
Onlar nağıllarda qaldı
“Canını sıxma mənə görə.”
Ölüm deyil ayrılıq,
Unutmağa başladım belə
Onsuz da deyirlər…
İndiki eşqlərdə vitamin olmur,
Saxlanma müddəti bir aydır.
Atacağam qəlbimin bir küncünə,
Bir ay duzlu göz yaşlarımda təzə qalacaq…
Sonra elə qəlbimin bir küncündəcə,
Zaman-zaman çürüyüb yox olacaq...



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE