
Günün doğuşu sevgidir,
Qürub yağışı sevgidir.
Tanrı qarğışı sevgidir,
Ölüm sevgidən sonradır.
Ölüm sevgidən başlayır,
Ölüm sevgidə yaşayır.
Ölüm sevgisiz üşüyür.
Ölüm sevgidən sonradır.
Sevgi-yaz, ölüm-xəzəldi,
Sevgi ölümdən gözəldi.
Ölümdən sevgi əzəldi,
Ölüm sevgidən sonradır.
Sevdaya düşmək-bir qəza,
Sevmək-ömürlük xoş cəza
Sevgidir ölümdən təzə,
Ölüm sevgidən sonradır.
Mən sevgimdən öləcəyəm,
Göz yaşımı siləcəyəm.
Öz yasımda güləcəyəm,
Ölüm sevgidən sonradır.
Sevgisindən doğma könül,
Həsrətinə daxma könül.
Qorxma könül, qorxma könül,
Ölüm sevgidən sonradır.
Məhəbbət-ömür məbədi,
Ölüm-sevginin mabədi.
Yalnız sevgiymiş əbədi,
Ölüm sevgidən sonradır.
Qürub yağışı sevgidir.
Tanrı qarğışı sevgidir,
Ölüm sevgidən sonradır.
Ölüm sevgidən başlayır,
Ölüm sevgidə yaşayır.
Ölüm sevgisiz üşüyür.
Ölüm sevgidən sonradır.
Sevgi-yaz, ölüm-xəzəldi,
Sevgi ölümdən gözəldi.
Ölümdən sevgi əzəldi,
Ölüm sevgidən sonradır.
Sevdaya düşmək-bir qəza,
Sevmək-ömürlük xoş cəza
Sevgidir ölümdən təzə,
Ölüm sevgidən sonradır.
Mən sevgimdən öləcəyəm,
Göz yaşımı siləcəyəm.
Öz yasımda güləcəyəm,
Ölüm sevgidən sonradır.
Sevgisindən doğma könül,
Həsrətinə daxma könül.
Qorxma könül, qorxma könül,
Ölüm sevgidən sonradır.
Məhəbbət-ömür məbədi,
Ölüm-sevginin mabədi.
Yalnız sevgiymiş əbədi,
Ölüm sevgidən sonradır.



Xəbər Xasiyyətcə necə insansan?
Xəbər Həyatın yükünü daşıya bilirsən?
Xəbər Paxıllıq
Xəbər Ətirlərdən necə istifadə etmək olar?
Xəbər Rafet El Roman - Senden Sonra 2012 Yeni
Xəbər A qayınana, qayınana...
Xəbər Pit10 Beni burdan cikarin ....
Xəbər Forumu gerçək həyatla qarışdıranlar
Xəbər Uğur qazanmanın başlıca düşmənləri
Xəbər LovE